“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Aİ-95 istehsalı 2,9 dəfə azalıb - SOCAR-ın açıqlamasından 2 il ötür…

Tarix 16.11.26, 14:03

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 9 ayında Azərbaycanda 1 milyon 64,47 min ton Aİ-92 markalı, 4,06 min ton Aİ-95 markalı avtomobil benzini, 1 milyon 799,01 min ton dizel yanacağı istehsal olunub.

Yeniavaz.com xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə Aİ-92 markalı benzinin istehsalı 0,3% (3,07 min ton), dizel yanacağının istehsalı 3,4% (62,9 min ton), Aİ-95 markalı avtomobil benzinin istehsalı isə 2,9 dəfə (7,74 min ton) azalıb.
Məlumat üçün onu da bildirək ki, bu ilin ilk 8 ayında Azərbaycan xarici ölkələrdən 3,9 min ton Aİ-92, 120,5 min ton Aİ-95 markalı benzin idxal edib.
Aİ-92 markalı benzin Rusiya (3 413,8 ton) və İraqdan (505,14 ton), Aİ-92 markalı benzin isə əsasən Rusiya (31 240,97 ton), Bolqarısatan (42 881,51 ton) və Belarusdan (21 460,75 ton) gətirilib.

Məlumat üçün bildirək ki, Azərbaycanda istehsal olunan Aİ-95 markalı avtomobil benzini idxal olunan benzinin cəmi 3,4%-nə bərabər olub.
Onu da qeyd edək ki, 2024-cü ilin iyun ayının 30-da Dövlət Neft Şirkətindən (SOCAR) verilən açıqlamada ölkədə “Aİ-95” markalı benzin istehsal olunduğu bildirilib. SOCAR-ın açıqlamasında qeyd olunub ki, neft emalı zavodunda (NEZ) istehsal olunan “Aİ-92” və “Aİ-95” markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.

“Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcəkdir”, - iki il əvvəlki məlumatda deyilir.



Xəbərin oxunma sayı : 61




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap