Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Sabiq rəislə bağlı qərar verildi - İki milyon manata yaxın pulu mənimsəyib

Tarix 05.12.24, 14:35

Font ölçüsü : - / +
bitmap-img6


Liftlərin təmiri və quraşdırılması üçün ayrılmış iki milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilən “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə qərar verilib.

“Report” xəbər verir ki, Ali Məhkəmədə Bakı Apellyasiya Məhkəməsinin onun barəsində olan qərarından verilən şikayətə baxılıb.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, onun barəsində 2019-cu ildə cinayət işi başlanıb. İttihama görə, Ruslan Dilanov dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatını mənimsəyib.

Həmçinin dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqların təyinatı üzrə istifadə olunmamasında ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2021-ci ildə sabiq rəisin barəsində bəraət hökmü çıxarıb.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının R.Dilanov barəsində olan protestini təmin edib. Məhkəmənin qərarı ilə bəraətverici hökm ləğv edilib və sınaq müddəti seçilməklə ona şərti cəza verilib.



Xəbərin oxunma sayı : 1000




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap