“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Qızını boşatdırdığı üçün arvadını öldürdü - Dəhşətli cinayətin DETALLARI

Tarix 29.12.24, 15:56

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən, şərti adı Adil Əliyev olan şəxsin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

İstintaqla müəyyən edilib ki, Adil Əliyev davamlı olaraq yaranan ailə münaqişələri zəminində arvadı, şərti adı Nərminə Əliyeva olan qadını öldürmək qərarına gəlib. Buna səbəb isə aralarında yaranan söz-söhbət olub.

Adil Əliyev bildirib ki, Nərminə Əliyeva ilə 1992-ci ildə ailə həyatı qurub. Onların nikahdan 4 övladları dünyaya gəlib. Ailə həyatı qurduqları ilk vaxtlar normal münasibətləri olsa da, təxminən 3 ildən sonra aralarında narazılıq yaranıb. Arvadı evdə ciddi səbəb olmadan mübahisə, söz-söhbət yaradıb, o isə övladlarına görə hər şeyə göz yumub. Axırıncı dəfə mübahisələri şərti adı Dəniz olan qızlarının boşanması ilə bağlı olub. Adil Əliyev qızının ailəsinin dağılmasında həyat yoldaşını günahkar bilib. Məhz bu səbəbdən onu öldürmək qərarına gəlib.

O, niyyətini həyata keçirmək üçün 2024-cü il yanvarın 11-də saat 19 radələrində yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsindəki evinə gəlib. Onların arasında növbəti dəfə mübahisə yaranıb. Bu zaman Adil Əliyev cibindən bıçağı çıxararaq həyat yoldaşına ardıcıl zərbələr endirməyə başlayıb.

İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs Nərminə Əliyevanın boynundan, çiynindən, kürəyindən, döş qəfəsindən, qulaq arxasından, sol bazu nahiyəsinə ümumilikdə altı xəsarət yetirərək onu öldürüb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Nərminə Əliyevanın ölümünə boyun arteriyasının kəsilməsi ilə müşayiət olunan kəskin xarici qanitirmə səbəb olub.

Adil Əliyevə qarşı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Adil Əliyev 9 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin süjetində:





Xəbərin oxunma sayı : 1303




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap