“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Yaddaşı daha yaxşı gücləndirən üsullar - ARAŞDIRMA

Tarix 07.01.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6

 
ABŞ-ın Kornell Universitetindən olan tədqiqatçılar tərəfindən aparılan yeni bir araşdırma göz bəbəklərinin ölçüsünün beynin necə işlədiyini göstərən mühüm amil olduğunu ortaya qoyur. Tədqiqatın nəticələri yaddaşın təkmilləşdirilməsi və beynin öyrənmə mexanizmlərinin daha yaxşı başa düşülməsi üçün yeni perspektivlər aça bilər.

AzFakt.com AZƏRTAC-a istinadla xəbər verir ki, tədqiqat "Nature" elmi jurnalında yayımlanıb. Araşdırmaya əsasən yuxu zamanı göz bəbəklərinin kiçilməsi, beynin yeni məlumatları təkrar emal etməsinə və yaddaşı gücləndirməsinə işarədir. Göz bəbəklərinin genişlənməsi isə köhnə məlumatların yenidən aktivləşdirildiyini göstərir. REM olmayan yuxu fazası (yuxu zamanı gözlərin sürətli hərəkət etmədiyi dövr) üzərində aparılan müşahidələr göstərir ki, yaddaşın gücləndirilməsi üçün qısa, lakin yüksəkintensivlikli mexanizmlərindən istifadə olunur. Bu fazada göz bəbəklərinin ölçüsündə baş verən dəyişikliklər, beynin yaddaş proseslərini yeni və köhnə məlumatları qarışdırmadan necə idarə etdiyini göstərir.

Tədqiqat zamanı siçanların beyinlərinə elektrodlar yerləşdirilib, göz bəbəklərinin dəyişikliklərini izləmək üçün isə xüsusi kameralardan istifadə edilib. Siçanlar labirintlərdə müxtəlif tapşırıqları yerinə yetirərək təlim keçiblər. Yuxu zamanı siçanların göz bəbəklərinin ölçülərində baş verən dəyişikliklər və beyin aktivliyi paralel olaraq izlənilib. Əldə edilən nəticələr göstərir ki, göz bəbəklərinin kiçildiyi fazalarda beyin yeni öyrənilmiş məlumatları emal edir. Əksinə, göz bəbəklərinin genişləndiyi zamanlar isə köhnə yaddaşlar yenidən aktivləşdirilib və mövcud biliklərə inteqrasiya olunub.

Tədqiqatın həmmüəllifi dr. Azahara Olivanın fikrincə, bu mexanizmlər beynin yaddaş sistemlərinin necə işlədiyinə dair dərin anlayış təmin edir. O diqqətə çatdırıb ki, yeni öyrənmə və köhnə biliklər arasındakı bu tarazlıq, beynin yaddaşları qarışdırmadan necə idarə etdiyini göstərir. Tədqiqatın nəticələri yaddaşın gücləndirilməsi üçün yeni texnologiyaların yaradılması və süni intellekt sistemlərinin inkişafına töhfə verə bilər. Əlavə olaraq tədqiqat siçan yuxusunun insan yuxusuna daha çox oxşar olduğunu sübut edir. Bu, gələcəkdə insanlar üzərində aparılan araşdırmalara daha geniş perspektivlər açır.



Xəbərin oxunma sayı : 997




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap