Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

General onu Astaraya təhkim etdi: 44 minlik siqaret və digər məhsulları götürüb satdı

Tarix 10.01.25, 13:50

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən "Azərterminalkompleks" Birliyinin anbarından 44 minlik mal oğurlayan vəzifəli şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisəyə "Azərterminalkompleks" Birliyinin İnfrastruktur və inkişaf idarəsinin Anbar işinin təşkili şöbəsinin inspektoru vəzifəsində işləməklə Birliyin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinə təhkim edilmiş Hüseyn Elsəvər oğlu saxlanılıb. 

1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş Hüseynə Cinayət Məcəlləsinin 179.2.3 və 308.1-ci maddələri ilə cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib.

Məlum olub ki, "Azərterminalkompleks" Birliyinin direktoru general-mayor Kənan Aşurlunun əmri ilə Hüseyn Birliyin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinə təhkim olunub. 
General-mayor Kənan Aşurlu (soldan birinci)

Hüseyn vəzifəsinin icrasına başladıqdan sonra - 19 iyun 2023-cü il tarixdən 25 may 2024-cü il tarixədək ümumi dəyəri 44.082 manat olan "Azərterminalkompleks" Birliyinin Astara müvəqqəti saxlanc anbarından müxtəlif markalı siqaretlər, dərman vasitələri, bir ədəd geyim dəsti və bir ədəd "İphone 14 midnight 128 GB" markalı mobil telefon oğurlayıb. O, oğurladığı əşyaları müxtəlif şəxslərə sataraq özünə əlavə qazanc əldə edib. 

Təqsirləndirilən şəxs 2018-ci ildən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışdığını, sonuncu iş yerində isə vəzifəsi Birliyin anbarında olan əşyaların saxlancını, qorunmasını, salamatlığını təmin etməkdən ibarət olub. Son dövrlərdə maddi vəziyyəti ilə bağlı çox çətinliklər yaranıb, bir müddət sonra çıxılmaz vəziyyətə düşdüyündən sözügedən əməli törətdiyi və bunu bir müddət sonra öz rəhbərliyinə etiraf etdiyini deyib. Hüseyn anbardan götürdüyü malların satışından ümumilikdə təxminən 2.000 manat pul əldə etdiyini, 44 min manatlıq müxtəlif çeşidli malları götürmədiyini də bildirib. 

Məhkəmənin qərarı ilə Hüseyn 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək şərti ilə gəzəcək. 



Xəbərin oxunma sayı : 823




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap