“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu rəqəmlər kərə yağlarının saxta olduğunu göstərir - Dəqiq hesablama

Tarix 04.02.25, 15:54

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda il ərzində 26 min 987 ton kərə yağı istehsal olunub və bunun üçün 590 min 822 ton süddən istifadə olunub.

Yeniavaz.com-un apardığı hesablama göstərir ki, 1 kilorqam kərə yağının istehsalı üçün 21,9 litr süd sərf olunub.
Qeyd edək ki, açıqlanan sonuncu rəsmi məlumatlara görə Azərbaycanda bir litr südün topdansatış qiyməti 76 qəpiyə bərabər olub. Belə olan halda, 1 kilorqam kərə yağının istehsalı üçün 16,6 manat dəyərində süddən istifadə edilib.
Onu da bildirək ki, bu məbləğə digər xərclər (nəqliyyat, işçi, kommunal və s.) daxil deyil deyil. Kərə yağının istehsalı üçün çəkilən digər xərcləri, o cümlədən də müvafiq vergilər də nəzərə alındığı zaman açıq şəkildə görülür ki, kərə yağlarının pərakəndə satış qiymətinin 20 manatdan aşağı olması mümkün deyil.
Lakin, çox maraqlıdır ki, Azərbaycanda yerli istehsal olan əksər kərə yağlarının pərakəndə satış qiyməti 19-20 manat arasında dəyişir.
Hətta bəzi müəssisələr tərəfindən istehsal olunan kərə yağlarının qiyməti daha aşağıdır.
Təqdim etdiyimiz məlumatlardan da görünür ki, yerli istehsal olan kərə yağlarının 20 manatdan aşağı satılması yalnız o halda mümkün ola bilər ki, istehsalçı şirkətlər məhsulu maya dəyərindən aşağı satmış olsunlar.
Onu da qeyd edək ki, zaman-zaman sosial şəbəkələrdə kərə yağı adı ilə satışa çıxarılan məhsulların tərkibində əlavə qatqıların olması barədə məlumatlar yayılır.



Xəbərin oxunma sayı : 853




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap