![]() |
|














126 minlik dələduzluq - amma hamı məsumdur...
Tarix 10.06.25, 10:48 |
|

Səlim Müslümov, çox yox, ikicə il də sosial təminat naziri vəzifəsində qalsaydı, ölkə əhalisinin tən yarısı əllilik təqaüdü alacaqdı. Zarafat eləmirəm, belə bir tendensiya vardı.
Durduq yerə, heç bir zəhmət çəkmədən, əmək sərf etmədən havayı pul əldə ermək ehtirası insanların gözünü kütləvi şəkildə tutmuşdu. İş axtaran issizə iş tapırdın, bir-iki gün işləyir, çıxırdı ki, bundansa gedib əlillik təqaüdü alaram.
Hətta sapsağlam, boyu 1.75 sm, çəkisi 80, yaşı 38, qan təzyiqi 130/80 olan kələ kimi adamlar vardı, soruşanda nə işlə məşğulsan, deyirdi, işsizəm, deyirdin, bəs nəylə dolanırsan, deyirdi, əllilik pensiyası alıram. Dialoqun mabədi belə olurdu: “Axı sən əlil deyilsən, sağlamsan” - “Havayı puldur də, verirlər, alıram”; “Bunu necə düz-qoş etmisən?” – “Tanış adam var, lazımdırsa, kimə istəyirsən, təşkil edək”.
Ancaq gün gəldi, bu işin zibili çıxdı. Havayı pul alan xeyli adamın pensiyası kəsildi. Ancaq bir iş pis oldu ki, “havayı pul alanlar” diviziyası ilə yanaşı, gerçək əlillərin və əmək qabiliyyəti olmayanların təqaüdü də kəsildi və ölkədə vay-nöfsə qopdu. Yeni nazir Sahil Babayevin ünvanına nələr deyirdilər, nələr danışırdılar, bir Allah bilirdi, püskürülən nifrət, bişəkk, troposfer qatını da aşıb yuxarılara gedirdi.
Bu məsələ absurda getdi, kimin gerçəkdən əlil olduğu, kimin olmadığı, kimə təqaüd düşdüyü, kimə düşmədiyi bir-birinə qarışdı, xaos yarandı. Günü bu gün 100 təqaüdü kəsilmiş adamı danışdıraq, 95-i sübut edəcək ki, ona qarşı haqsızlıq olub. Sonra da təqaüdkəsənləri danışdıraq, onlar da sübut edəcəklər ki, hamısının təqaüdünü haqlı yerə dayandırıblar.
Söyüş-qarğış yerlərinin biri də həkimlər idi. Əlilliyi onlar təyin edirdilər. Val tərsinə dönmüşdü deyə, artıq onlar müraciət edənlərə müvafiq sənəd vermirdilər. Bu dəfə klinikalılarda çığır-bağır düşürdü. Bəzi “əlillər” az qalırdılar həkimləri vurub gerçək əlilə çevirsinlər.
Amma bütün həkimlər o cür höcət deyilmiş, bəziləri əlillik dərəcəsinin təyini və pensiyaların bərpası üçün vətəndaşlara xidmət göstəriblər.
Heç demə, Samirə adlı bir fərasətli qadın (hələlik məhkəmə hökmü olmadığına görə dələduz demək düzgün olmaz) kəsilmiş təqaüdləri bərpa etdirə biləcəyini deyib, ağsulu həkimləri prosesə cəlb edib.
Onlar da qohum-əqrəbaları, dost-tanışları arasındakı keçmiş “əlillər”i səfərbər edib, pullarını alıb Samirəyə ötürüb. Axırda məlum olub ki, Samirə onlara təqaüd kartı adıyla debet kartı verib. “Təqaüdçülər” karta pul kömürülmədiyini görəndə banka müraciət ediblər və orada işin üstü açılıb.
Ortada bir rota dələduzluğa məruz qalan, toplamda 126 min pul itirən, amma özləri də bu və ya digər şəkildə dələduzluq etmək istəyən (dövlətdən havayı pul alacaqdılar) adam var, amma heç kəs özünü təqsirli bilmir. Samirə də, həkimlər də Aydan arı, sudan durudurlar. Hətta həkimlər deyirlər ki, özləri Samirə tərəfindən aldadılıblar və məsumdurlar.
Ancaq bu “məsum” həkimlər onu da etiraf ediblər ki, təqaüdü bərpa olunan hər adamdan onlara 200-300 manat qalacaqmış. Bu, necə məsumluqdur ki, sağlam adamlara yalandan əlillik dərəcəsi təyin edirsən? Və bu, necə qohumluqdur ki, təqaüdünün bərpasına kömək etdiyin qohumlardan sənə 200-300 manat pul qalır?
Belə anlaşılır ki, axırda həbsə gedən təkcə Samirə olacaq. Çünki pulun çox hissəsi ona çatıb və onda batıb. Yazıq həkimlər isə aldadılan şəxslərin 126 min manatını düzəldib veriblər, ola bilər bir o qədər də artıq xərcləri çıxıb. Sovet dövründə bir məşhur kəlam vardı, deyirdilər: “Allah adamın işini bir həkimə salmasın, bir də hakimə”. Bu söhbətdə həkimlərin işi indilikdə hakimlərdədir. Yəqin ki, gün gələcək, hakimlərin də işi həkimlərə düşəcək. O zaman ödəşəcəklər.
Əsas məsələ odur ki, başqa vaxt işi-gücü, zəhmətkeşliyi ilə tanınan adamlar son illərdə çox tənbəlləşiblər, havayı pul almaq üçün xərcə düşməyə hazırdırlar. Təki işləməsinlər. Məmləkətdə normal qazanclı iş olmaması isə başqa və uzun söhbətdir.
Bu xüsusda bir məşhur lətifə də var, yazmasam, olmaz. Belədir: Üç əlil olur, biri amerikalı, biri fransız, biri rus. Oturub dərdləşir, Allaha sitəm edir, kömək istəyirlər. Amerikalı deyir, mən yaxşı xarrat idim, qolum quruyub, işləyə bilmirəm. Fransız gileylənir ki, mən də yaxşı futbol oynayırdım, ayaqdan əlil oldum, oynaya bilmirəm. Rus heç nə demir. Yuxarıdan səda gəlir: “Ey, amerikalı, sənin əl-qoluna şəfa verdim, get işinə. Ey fransız, sən də get futbolunu oyna. Ey rus, bəs sənə nə edim?” Rus üzünü göyə tutur: “Mən heç nə eləmə. Ara yerdə pensiyamı kəsəcəklər”.
Xəbərin oxunma sayı : 700
Sosial
Xəbərlər
-
Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər - Məleykə Abbaszadə
-
Ağdamda tikintidə işlədilən fəhlənin maaşı niyə verilmir? - VİDEO
-
Hörmüz boğazı bağlanarsa, ən tez kim “boğular”? - Analiz
-
Naxçıvanda yeni qurum yaradıldı - Rəis təyin olundu
-
Ağciyər Xəstəlikləri İnstitutunda faciə: Xəstə üçüncü mərtəbədən yıxıldı
-
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini kim himayə edir? - FOTOLAR
-
Prezidentdən simpozium iştirakçılarına - Müraciət
-
Yaxın Şərqdə gərginlik və neft bazarı: Risklər və proqnozlar
-
Beyləqanda tibb işçilərinin peşə bayramı qeyd edildi - Fotolar
-
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı -10 min manat cərimə olundu
-
Azərbaycanda ən çox əməkhaqqını bu peşə sahibləri alır - CƏDVƏL
-
“İsrail-İran qarşıdurması bir neçə həftədən artıq davam etməyəcək“ - Fitch
-
Kamran Əliyev Ləmbəranskini işdən çıxardı - FOTO
-
ABŞ və müttəfiqləri Fars körfəzində hərbi mövqelərini gücləndirir - İranla qarşıdurma dərinləşir
-
İcra başçısına sui-qəsd hazırlayan şəxsə - Ağır cəza verildi
-
Azərbaycanda kazinolara icazə veriləcək - Bu şərtlə
-
Seyid Əli Xameneyi elan etdi:“Döyüş başlayır”
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
İran “MOSSAD“-ın binasını vurdu - VİDEO
-
Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub
-
Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”
-
“Ağdamlı Dəmir” yol polisinə tabe olmadı: Üstünə maşın sürdü - VİDEO
-
Zərərçəkənlər danışdı, Vardanyan dinlədi - Fotolar
-
İnam Kərimov Gürcüstan nümayəndə heyəti ilə görüşdü - Fotolar
-
Sərxoş halda qardaşı arvadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu
-
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Beyləqanda yol infrastrukturunun yenilənməsi davam edir - Fotolar
-
Sirli “ZN Trade“ yenə qalib seçildi - Şirkəti agentliklə nə bağlayır?
-
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
-
“Mərcan“ klinikasında ölüm faktı - Nigar Məmmədovnın adı plastik cərrahların siyahısında yoxdur
-
Nazirlər Kabinetindən dəyişiklik - 4 gün ardıcıl iş günü olmayacaq
-
Bakıda unikal dələduzluq... - Məhkəmədə barışıq oldu
-
İçərişəhərdə hotelə çevrilən tarixi bina satılır - QİYMƏT
-
Kamran Əliyevdən əmr - 2 rayona prokuror təyin edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək“ - Müdafiə naziri
-
“Çinin G7-yə qoşulmasının əleyhinə deyiləm” - Tramp
-
İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığına hücum - VİDEO
-
Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - FOTOFAKT
-
Krıma görə sanksiyaların müddəti uzadıldı - Aİ Şurası yeni qərar verdi
-
“Bu gün Tehrana yeni zərbələr endiriləcək“ - İsrail müdafiə naziri
-
“Dedi ki, xanım generala hədiyyə almaq lazımdır” - Dələduzluq işinin ŞOK detalları
-
Azərbaycanda benzin istehsalı azalır, idxal artır… - Bahalaşma ola bilərmi?
-
Kartlardan 5 min manatdan çox pul oğurlandı - DİN
-
Bakıda avtoxuliqanlıq edən şəxsdən xəbər var - Şahin Məsimov saxlanıldı
-
“ABŞ hələ də İranla razılığa gəlmək niyyətindədir“ - Tramp
-
İlham Əliyev fərman imzaladı - Nazirlər Kabinetinə 6 ay vaxt verdi
-
Təl-Əvivdə dağıntıların miqyası... - VİDEO + FOTOLAR
-
“Qumar kralı“nın işi ilə bağlı tutulan şəxs azadlığa çıxdı - Məhkəmədən qərar
-
“İran nüvə silahına çox yaxındır“ - Tramp
-
Bu ünvanlarda 4 gün su olmayacaq - SİYAHI
-
“Kimin problemi var, nömrəmi tapsın” - VİDEO
-
Daha bir SEPAH generalı öldürüldü - İsrail tərəfindən İsrail
-
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul etdi - FOTO
-
“Kiyevə hücum G7-yə və ABŞ-yə açıq hörmətsizlikdir“ - Sibiqa
-
Fidan Məmmədova 11 nəfərin pulunu necə mənimsədi? - Polisdən əməliyyat
-
Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb - Minimum əməkhaqqından aşağı düşüb
-
Avtomobil bazarı iflic duruma düşdü - Köhnə maşınlar əldə qala bilər
-
Sergey Şoyqu Pxenyana səfər edib - Üçüncü dəfə
-
İsraildə yaşayan Çin vətəndaşlarına xəbərdarlıq - “Ölkəni tərk edin!“
-
Bakıda modelin yeməyindən qurd çıxdı: “Kafe çəkilişə icazə vermir” + VİDEO
-
Tramp G7 sammitini yarımçıq tərk edib - Təhlükəsizlik Şurasını toplayacaq
-
10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb - SƏBƏB
-
Bakıda bağ evlərinin kirayə qiymətləri niyə artır? - Açıqlama
-
İranın İsrailə hücumunun 9-cu dalğası - Təl-Əvivin mərkəzində güclü partlayışlar
-
ABŞ cari maliyyə siyasəti altında defolt riski ilə üzləşir - Mask
-
Şuşa Bəyannaməsi - Zəfər tariximizin zirvəsi
-
Osimhen üçün “qızıl müqavilə“ - Ərəblərdən fantastik təklif
-
Yasamaldakı köşk buna görə götürülübmüş- 13 minlik dələduzluq edilib
-
Gəncə Regional Mərkəzinə yeni rəis təyin olundu - Nazir əmr imzalayıb
-
“Mərcan“ klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb?
-
Qumar qurbanı olan qadınların sayı çoxalır - 200- 300 min uduzan xanım danışdı
-
İranın dəhşətli silahı - “Dəmir Qübbə”ni bu raket dəlib keçdi + FOTO
-
Evlərimizi niyə sığortalaya bilmirik? - Açıqlama
-
Türkiyə və Ermənistan XİN rəsmiləri görüşüblər - Ankarada
-
Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər
-
Azərbaycan-Türkiyə birliyi artıq regionun gələcəyinə yön verən əsas aktordur
-
“İran lazım bildiyi zaman İsraili müasir silahlarla vuracaq” - SEPAH
-
Tarixi gizlinləri özündə yaşadan Alanya - FOTOLAR
-
Şuşa Bəyannaməsi: etibarlı tərəfdaşlıqdan strateji müttəfiqliyə
-
Müavinətlərin son artımı qiymətlərə necə təsir edəcək? - “İlin sonunda...”
-
“İsrail İran XİN-i ABŞ silahları ilə vurub” - Rəsmi Tehran
-
Hadisə törədib qaçmağa çalışdı, saxlanıldı - VİDEO
-
“Qlobal imperializmin pulla tutulan əsgərləri...“ - Kem Çen In İsraili hədələdi
-
Azərbaycan Tehrandakı diplomatlarımızın ailə üzvlərini İrandan çıxartdı - RƏSMİ
-
Ərdoğanla Putin telefonda danışdı - İsrail-İran qarşıdurmasını müzakirə ediblər
-
Ağdamda dördotaqlı ev yandı - Mürəbbəyə görə
-
Rusiyanın Sumıya hücumları zəifləyib - Canlıq qüvvə problem var
-
İranda xəstəxana vuruldu - Onlarla yaralı var
-
Həftəsonu bank kartlarından 5 min manatdan çox pul oğurlanıb - DİN
-
Ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq - Sabahın
-
“İran nüvə silahının hazırlanmasına qarşıdır“ - Pezeşkian
-
Pənah Hüseyn AXP sədrliyindən gedir? - Səbəbini özü açıqladı...
-
Sevgisi uğrunda özünü məhv edən ifaçının faciəsi: Səsi batdı, körpəsi öldü (VİDEO)
-
İranın dəhşətli silahı - “Dəmir Qübbə”ni bu raket dəlib keçdi
-
Oğuz-Qəbələ-Bakı su kəmərində qəza - Təchizat 4 günlük kəsiləcək
-
Kərə yağının qiymətində kəskin artım var: “Baha alıb, baha da satırlar“
-
“ABŞ İsrailə İrana hücum etməyə imkan verib“ - Pezeşkian
-
Yerli avtomobillərə maraq azalıb: “Xərci də çoxdur, qiyməti də...“
-
“Tehrandakı mülki obyektlərə zərbələr endirilə bilər“ - İsrailin müdafiə naziri
-
Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək - MI6 tarixində ilk dəfə
-
Dənizdə dalğanın hündürlüyü 3 metrə çatır - FAKTİKİ HAVA
-
Arvadını qonşudakı qadına bənzədiyi üçün döyüb - İLGİNC TƏFƏRRÜAT
-
Tramp Kanadada G7 sammitində Zelenski ilə görüşəcək - Ağ Ev
-
“Şimali Koreya qoşunları Kursk vilayətində 6 mindən çox itki verib“ - Britaniya kəşfiyyatı
-
Ərdoğan həftəsonu ikinci dəfə Trampla danışıb - İsrail - İran qarşıdurması müzakirə edilib
-
“Yeni dünya düzəninə keçid prosesi müşahidə olunmaqdadır“ - İlham Əliyev
-
Çaylarda sululuq artacaq, qısamüddətli sel və daşqın keçəcək - XƏBƏRDARLIQ
-
Prezident Fələstin səfirinin etimadnaməsini qəbul edib - Fotolar
-
“Bu ay Şuşaya 25 min nəfər səfər edib“ - Aydın Kərimov
-
Lombard kreditləri: Asan çıxış, ağır nəticələr
-
Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
-
DTX 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşıb - VİDEO
-
İranın əməliyyatları “daha sərt və geniş“ olacaq - SEPAH
-
Bakıda aktrisanı skuterlə vuran şəxs saxlanıldı -VİDEO
-
Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
-
“Döymələrim görünməyən yerlərdədir“ - Dilarə Kazımova
-
İsrail ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib - “Axios”
-
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib - FOTO
-
Bakı-Qazax sürətli sərnişin qatarı istifadəyə verilib - FOTO
TOP 10
ARXİV