“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Tramp fərman imzaladı - Braziliyaya qarşı 40%-lik tariflər

Tarix 31.07.25, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Braziliyadan idxala əlavə 40%-lik tariflər tətbiq edən fərman imzalayıb, ümumi rüsum məbləğini 50%-ə çatdırıb.

Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, tariflər Braziliya hökumətinin ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına təhdid yaratdığı iddia edilən, həmçinin "Amerika şirkətlərinə, ABŞ vətəndaşlarının söz azadlığı hüquqlarına zərər vuran" hərəkətləri səbəbindən görülən tədbirlər çərçivəsində tətbiq edilir.

O da bildirilib ki, Braziliya hakimiyyəti, o cümlədən Ali Məhkəmənin hakimi Aleşandre de Moraeş vasitəsilə "Amerika şirkətlərinə və vətəndaşlarına qarşı siyasi motivli təqiblər, senzura və təzyiq siyasəti aparır".

Bundan əlavə, fərman hakim de Moraeş, onun müttəfiqləri və ailə üzvləri üçün viza məhdudiyyətlərini nəzərdə tutur.

Ağ Evdən vurğulayıblar ki, bu tədbirlər söz azadlığını, biznesi və ABŞ-ın milli maraqlarını qorumağa yönəlib.



Xəbərin oxunma sayı : 775




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap