Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Naxçıvanda tələbənin qeyri-adi oğurluq planı: Anasının yaylığı və sapsız bel...

Tarix 28.11.25, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvanda anasının yaylığını üzünə bağlayıb marketdən oğurluq edən tələbə həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Kəngərli rayonunun Qarabağlar kənd mərkəzində yerləşən ərzaq mağazasında baş verib və Naxçıvan Dövlət Universitetinin (NDU) Xarici dillər fakultəsinin III kurs tələbəsi, 2004-cü il təvəllüdlü Qarabağlar kənd sakini S.D. tərəfindən törədilib. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, əsgərlikdən məzuniyyətə gələn dostundan 50 manat borc pul alan S.D. onu qaytara bilmədiyi üçün yaşadığı kənddə fəaliyyət göstərən ərzaq mağazasından oğurluq etmək qərarına gəlib.  O, 14 iyun 2025- ci il tarixdə gecə saat 02.00 radələrində tanınmasın deyə anasının yaylığını üzünə bağlayıb, evdən qayçı və açarlar götürərək mağazaya gedib. Lakin qapını aça bilmədiyindən geri qayıdıb. 

18 iyun tarixində dostunun ona verdiyi borcu qaytarmaq vaxtı çatdığından bir gün əvvəl gecə saat 03.00 radələrində yenidən sözügedən mağazaya oğurluğa gedib. Eyni üsulla anasının yaylığı ilə üzünü bağlayıb, yerdən tapdığı sapsız bellə qapını sındırıb. Mağazanın kassasından 115 manat pul oğurlayıb. Hadisənin səhəri günü NDU-da keçirilən imtahanda iştirak edib. 

Məhkəmənin hökmü ilə S.D. 2 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. O, Kəngərli rayon Qarabağlar kəndində yaşadığı evi hər gün gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək şərti ilə cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.



Xəbərin oxunma sayı : 421




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap