Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Böyükxanım Talıbova kimdir? - Mehriban Xanlarova yazır

Tarix 27.11.25, 11:54

Font ölçüsü : - / +
bitmap-img6


Mehriban Xanlarova,

Əməkdar artist

***

Bir vaxtlar İncəsənət Universitetində laborant işləyən anasının hesabına Mədəni-maarif fakültəsində təhsil almışdı. Universitetdə rəhbərliklər dəyişəndə isə birdən-birə onun “rejissor-aktyor bacarığı” üzə çıxmağa başladı və həmin xanım bilavasitə SABAH qruplarına rəhbərlik etdi. Ardınca universitetdə ən məsuliyyətli vəzifələr ona həvalə olundu, tələbə qəbulu və digər mühüm məsələlər birbaşa onun ixtiyarına verildi. Beləcə “BÖYÜKXANIM” Bella xanım ortaya çıxdı.

Daha sonra o, rejissorluq-aktyorluq fakültəsinə dekan təyin olundu. “Səhnə uğurları” o qədər “böyük” qiymətləndirildi ki, bir gün də olsun teatrda çalışmayan bu xanım, dövlət qulluqçusu statusu olmadan, Mədəniyyət Nazirliyinin Teatr sektoruna rəhbər gətirildi.

Teatr cameəsi yaxşı bilir: bir tamaşa haqqında bu xanım sənət adamlarına, şöhrətli teatr xadimlərinə hansı əsasla fikir bildirə bilər? Ölkədə fəaliyyət göstərən 26 teatra necə rəhbərlik edə bilər?

Bundan əlavə, nəzərə alsaq ki, Bella xanım hələ də universitetdə SABAH qruplarında aktyor sənətindən dərs deyir, daha bir sual yaranır: Bir gün Lənkəran teatrında, bir gün Gəncə teatrında, ertəsi gün Qaxda, Qusarda, saysız-hesabsız xarici ezamiyyələrdə olan bu xanım universitetdə tələbələrə dərs deməyə vaxtı haradan tapır?

Növbəti yazımda Bella Talıbovanın yerləşdirdiyi kadrlarla bağlı daha ətraflı məlumat verəcəyəm.

P.S.Yazı müəllifin Feysbuk hesabından götürülüb!
img





Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap