Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Sumqayıtda 1,9 milyonluq təmir... -“İS.M.M“ MMC şirkət kimindir?

Tarix 25.11.25, 16:37

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) "İS.M.M." MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə Sumqayıt şəhərində küçə və məhəllə-mikrorayon ərazilərinin asfalt örtüyünün əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur. Satınalma müqaviləsinin maliyyə dəyəri 1 916 877,22 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İS.M.M” MMC 30 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

"İS.M.M” MMC bir neçə gün əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Lənkəran İşıqlandırma Müəssisəsi ilə satınalma müqaviləsi imzalayıb. Bu müqavilə elektrik mallarının satın alınması ilə bağlıdır. 

Elektrik malları satan şirkətin Sumqayıtda küçə və yolların asfalt örtüyünü təmir etməsi ilə bağlı tenderin qalibi seçilməsi müəyyən suallar yaradır. 
Şirkət haqqında açıq mənbələrdə heç bir məlumat olmadığından "İS.M.M” MMC-nin konkret hansı sahə üzrə ixtisaslaşdığı, maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli deyil. Baxmayaraq ki, şirkət dövlət satınalmalrında faəl iştirak edir. Təkcə cari ildə "İS.M.M” MMC 4 865 919,59 manatlıq satınalma müqaviləsi imzalayıb. 

Şirkətin rəhbəri Nadir Xudiyevə gəlincə, o, həm də "RASH.M.M Trade and Services-2020” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 26 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 406 939 manatdır.

Bu şirkət haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur. 



Xəbərin oxunma sayı : 226




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap