Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Çin Tacikistanla ticarət və investisiyaları artırmaq niyyətindədir“ - Van İ

Tarix 23.11.25, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


Çin Tacikistandan yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının idxalını genişləndirəcək və şirkətlərini bu ölkəyə investisiya qoymağa təşviq edəcək.

"Report"un "Reuters"ə istinadən məlumatına görə, bunu Çin xarici işlər naziri Van İ Düşənbəyə səfəri zamanı bəyan edib.

O, tacik həmkarı Sirojiddin Muhriddinə bildirib ki, Çin Tacikistan üçün "etibarlı və güvənilən tərəfdaş" olaraq qalacaq. Van İ həmçinin Tayvan məsələsində Çinin əsas maraqlarına göstərdiyi möhkəm dəstəyə görə Tacikistana təşəkkür edib.

"Çin və Tacikistan əməkdaşlığı dərinləşdirəcək, mineral resursların işlənməsini genişləndirəcək və ikitərəfli birgə patrullar vasitəsilə təhlükəsizliyi möhkəmləndirəcək", – deyə o vurğulayıb.

Xatırladaq ki, 22 noyabrda Tacikistan Prezidenti Emomali Rəhmon Van İni qəbul edib. Rəhmon qeyd edib ki, Çin Tacikistanın əsas ticarət-iqtisadi və investisiya tərəfdaşlarından biridir. Bu kontekstdə hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət yetirilib.

Qeyd olunub ki, 2025-ci ilin 10 ayı ərzində ikitərəfli ticarətin həcmi 2 milyard dollardan çox olub. Hazırda Çin və Tacikistan arasında iqtisadi əməkdaşlıq sənaye, xüsusilə dağ-mədən sənayesi, həmçinin nəqliyyat, energetika və kənd təsərrüfatı kimi strateji əhəmiyyətli sahələri əhatə edir.

Tərəflər rəqəmsal iqtisadiyyat, süni intellekt və "yaşıl" texnologiyaların tətbiqi sahələrində əməkdaşlığı genişləndirmək niyyətlərini ifadə ediblər. Tacikistanın kənd təsərrüfatı məhsullarının Çin bazarına ixracının nomenklaturasını və həcmini artırmaqda maraqlı olduğu da vurğulanıb.



Xəbərin oxunma sayı : 64




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap