Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Nar” AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi - Fotolar

Tarix 21.11.25, 23:07

Font ölçüsü : - / +
bitmap-img6


Sərfəli təklifləri ilə seçilən “Nar” mobil operatoru ölkədə peşəkar kadr hazırlığı məqsədilə növbəti layihəsini həyata keçirib. On ildən çoxdur ki, davam edən tərəfdaşlıq çərçivəsində “Nar” Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün karyera planlaşdırılması təlimi təşkil edib.

Təlim zamanı AzTU tələbələri ilə birgə mobil rabitə sektorunda karyera imkanları, gənc kadrlar üçün əsas tələblər və sürətlə dəyişən rəqəmsal mühitə uyğunlaşma yolları müzakirə olunub. Proqram çərçivəsində iştirakçılar tərcümeyi-hal (CV) tərtibatı, motivasiya məktublarının hazırlanması və işgüzar müsahibələr üzrə biliklər əldə ediblər. Həmçinin “Nar” nümayəndələri iş mühitində effektiv ünsiyyət, nəticəyə fokuslanma, məsuliyyətli yanaşma və komanda ilə işləmək kimi peşəkar keyfiyyətlərin əhəmiyyəti barədə tələbələrlə öz təcrübələrini bölüşüblər.

İnteraktiv formatda təşkil olunan təlimdə tələbələrin telekommunikasiya sahəsinə, mobil operatorun daxili proseslərinə və təcrübə proqramlarına dair sualları cavablandırılıb. Sonda iştirakçılara təlimdə iştiraklarını təsdiq edən “Nar” tərəfindən sertifikatlar təqdim edilib. Təlim zamanı xüsusi fərqlənən tələbələr “Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.





Xəbərin oxunma sayı : 196




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap