Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Əliyevalar film festivalında - FOTOLAR

Tarix 21.11.25, 18:49

Font ölçüsü : - / +
bitmap-img6


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Lənkəranda bir sıra tədbirlərdə iştirak ediblər.

AzFakt.com xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “ANİMAFİLM Lənkəranda” animasiya filmləri festivalında iştirak ediblər.

Festivalda “Tarix”, “Həmişəyaşıl”, “Narqız”, “Pulun dili”, “Soyuz Qraviton”, "Yer və Ay” və “Bum-bum” filmləri nümayiş olunub.

Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bildirib ki, ilk dəfə geniş auditoriya qarşısında təqdim edilən "Bum-bum" filmi görkəmli Azərbaycan yazarı, Xalq şairi Vaqif Səmədoğlunun eyniadlı poemasının motivləri əsasında hazırlanıb, “Yer və Ay” qısametrajlı animasiya filmi isə Azərbaycan və Özbəkistan animasiya ustalarının birgə istehsalıdır. Nümayişdə iştirak edən Lənkəran rayonunun məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər və təhsil alan şagirdlər animasiya filmlərini böyük maraq və müsbət əhvali-ruhiyyə ilə izləyiblər.

Qeyd edək ki, uşaqlara, onların təhsili və inkişafına xüsusi diqqəti ilə seçilən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu tədbir Azərbaycan animasiya sənətinin azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyət daşıyır.







Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap