Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi - 262 min manata

Tarix 21.11.25, 19:53

Font ölçüsü : - / +
bitmap-img6


Sosial Xidmətlər Agentliyi ofis icarəyə götürüb

AzFakt.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bu il də ofis sahəsinin icarəsi ilə bağlı tenderə yekun vurub. Dövlət satınalmaları portalına əsasən, Agentlik 1 093 kv. metrlik ofis sahəsini bir illik icarəyə görə Sevinc Şəfa qızı İsgəndərovaya məxsus obyektdən götürəcək. Bu xidmətin dəyəri 262 min 320 manat təşkil edir.

Bu, artıq üçüncü ildir ki, Agentlik eyni şəxslə eyni mahiyyətdə müqavilə bağlayır. İsgəndərovanın VÖEN-i Sumqayıt şəhərində, 2 saylı Vergilər İdarəsində qeydiyyatdadır və onun, uzun müddət şəhərdəki 51 saylı uşaq bağçasının direktoru kimi fəaliyyət göstərdiyi deyilir.
Ofisi Sosial Xidmətlər Agentliyinə icarəyə verən Sevinc İsgəndərova Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Şəfa oğlu Behbudovun bacısıdır.
Sumqayıtda doğulan Vüqar Behbudovun özü 2002-ci ildən dövlət strukturlarında – əvvəl Vergilər Nazirliyində, sonra Dövlət Sosial Müdafiə Fondunda və ƏƏSMN-də müxtəlif vəzifələrdə çalışıb. 2020-ci il iyulun 1-dən etibarən isə Sosial Xidmətlər Agentliyinə rəhbərlik edir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilmişdir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.



Xəbərin oxunma sayı : 379




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap