Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Fərhad Əhmədovun müəssisələrində nə baş verir? - “AzNar“ möhürləndi

Tarix 19.11.25, 23:03

Font ölçüsü : - / +
bitmap-img6


 Milyarder Fərhad Əhmədovun Göyçaydakı "AzNar QSC” müəssisəsi fəaliyyətini dayandırıb.

"AzPolitika” xəbər verir ki, müəssisənin yaydığı press-relizə görə, səbəb "qanunsuz məhkəmə qərarları və məhkəmə icraçılarının özbaşınalığıdır”.

Qeyd olunur ki, zavodun məhkəmə icraçıları tərəfindən möhürlənməsi səbəbindən yüzlərlə yerli sakin işsiz qalıb. Bundan əlavə, müəssisənin bağlanması məhsul yığımının ən qızğın mövsümündə baş verdiyi üçün Göyçay-Ağsu bölgəsindəki fermerlərin minlərlə ton məhsulunu qəbul etmək mümkün olmayıb.

Yaranmış vəziyyətə səbəb "AzNar”-ın İsmayıllı rayonunda fəaliyyət göstərən törəmə müəssisəsi "Kənd MMC” ilə podratçı "Qaraçay Fərdi Müəssisəsi” arasında yaranan kommersiya mübahisəsidir.

"AzNar”-ın mətbuata açıqlamasında zavodun 26 oktyabrda Göyçay Rayon Məhkəməsinin qanunsuz qərarı və Göyçay Rayon İcra Şöbəsinin "qanunsuz qərar və hərəkətləri" əsasında bağlandığı bildirilir. Zavodun anbarları və istehsal avadanlıqları möhürlənib, işçilərin əraziyə girməsi qadağan edilib və polis 24/7 qapılarda növbətçilik edir.

Qeyd olunur ki, 2019-cu ildə tərəflər arasında ümumi dəyəri təxminən 3,2 milyon manat olan üç müqavilə imzalanıb. İşin həcmi sifarişçi tərəfindən dəqiq müəyyən edilsə də, podratçı özbaşına öhdəliklərini aşaraq əlavə işlər görüb. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli hesabatına görə, podratçının işinin dəyəri 5,317 milyon manatı keçib. Yəni, podratçı Əhmədovun sifarişindən 2 milyon manatlıq artıq iş görüb və indi pulunu tələb edir.
 
Məhkəmə də podratçının xeyrinə qərar çıxarıb. "AzNar” isə belə görünür ki, həmin pulu ödəmək fikrində deyil.

Qeyd edək ki, bu, Əhmədovun biznesləri və mülkləri ilə bağlı onun əleyhinə çıxarılan ilk məhkəmə qərarı deyil. Belə qənaət yaranır ki, milyarderin həm qanunla, həm də maliyyə məsələlərilə bağlı ciddi problemləri var...

Nəticədə, uzun illər "AzNar” ilə işləmiş fermerlər məhsullarını şirkətə sata bilməyiblər. Məhsulun bir hissəsinin bağlarda çürüdüyü bildirilir. Həmçinin, Göyçay və qonşu rayonların mövsümi müqavilələrlə işləyən yüzlərlə sakini gəlirlərini itirib. Şirkətin isə milyonlarla dollarlıq itki ilə üzləşdiyi və bu itkilərin günbəgün artdığı qeyd olunur.



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap