Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

9 ayda Azərbaycana 362 min baş mal-qara və qoyun gətirilib - Ölkələr və qiymətlər

Tarix 19.11.25, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 9 ayında Azərbaycana 89 min 610 baş diri iribuynuzlu heyvan və 271 min 971 baş diri qoyun idxal edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvan idxalı 2,7 dəfə, qoyun idxalı isə təxminən 2 dəfə artıb.

Qeyd edək ki, iribuynuzlu heyvanlar Rusiya, Qazaxıstan, Gürcüstan və Slovakiyadan, qoyunlar isə Rusiya və Gürcüstandan gətirilib.
Aşağıda, bu ilin ilk 9 ayında iribuynuzlu heyvan və qoyun idxalının ölkələr üzrə sayı və bir ədədinin orta gömrük dəyəri göstərilib.

İribuynuzlu heyvan idxalı:
Rusiya – 52 162 baş (1 550 manat)
Qazaxıstan – 3 670 baş (804 manat)
Gürcüstan – 33 751 baş (1 142 manat)
Slovakiya – 27 baş (5 333 manat)

Qoyun idxalı:
Rusiya – 127 808 baş (197 manat)
Gürcüstan – 144 163 baş (177 manat)

Onu da qeyd edək ki, diri iribuynuzlu heyvan idxalı son illərin rekord səviyyəsinə yüksəlib. Əvvəlki illərin ilk 9 ayında heç vaxt bu ilki səviyyədə diri iribuynuzlu heyvan idxalı qeydə alınmayıb.

Son 11 ilin yanvar-sentyabr aylarında Azərbaycanın idxal etdiyi diri iribuynuzlu heyvanların sayı aşağıdakı kimi olub:
Yanvar-Sentyabr 2015-ci il – 33 482 baş
Yanvar-Sentyabr 2016-cı il – 11 781 baş
Yanvar-Sentyabr 2017-ci il – 55 281 baş
Yanvar-Sentyabr 2018-ci il – 22 792 baş
Yanvar-Sentyabr 2019-cu il – 63 895 baş
Yanvar-Sentyabr 2020-ci il – 50 594 baş
Yanvar-Sentyabr 2021-ci il – 33 873 baş
Yanvar-Sentyabr 2022-ci il – 28 305 baş
Yanvar-Sentyabr 2023-cü il – 60 081 baş
Yanvar-Sentyabr 2024-cü il – 32 740 baş
Yanvar-Sentyabr 2025-ci il – 89 610 baş



Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap