Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Azərbaycanda üfüqi yoxlamalar başlayır: Deputat izah etdi

Tarix 17.11.25, 19:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın vergi sistemində üfüqi monitorinqlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bununla bağlı növbəti ildən Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, üfüqi monitorinq Vergi Məcəlləsi və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar üzrə həyata keçirilir.

Üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ili hesab olunur və başladığı tarixdən əvvəlki bir təqvim ilini əhatə edir.

AzFakt.com xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, üfüqi yoxlama mexanizminin əsas məqsədi qanunvericiliyə uyğun olaraq vergilərin vaxtında və düzgün şəkildə hesablanması, həmçinin büdcəyə köçürülməsinin təmin edilməsidir. Onun sözlərinə görə, bu prosesdə vergilərin düzgün hesablanması və vergi qanunvericiliyinə uyğun şəkildə büdcəyə ödənilməsi əsas monitorinq predmetidir.

Azərbaycanda üfüqi yoxlamalar başlayır: Deputat İZAH ETDİ

"Üfüqi yoxlama səyyar (yerində aparılan) yoxlama deyil. Onun əsas xüsusiyyəti ondan ibarətdir ki, bu mexanizm, bir tərəfdən, vergi inzibatçılığının gücləndirilməsinə xidmət edir, digər tərəfdən isə sahibkarların gündəlik fəaliyyətinə birbaşa müdaxilə etmir.

Bu mexanizm çərçivəsində vergi orqanları ilə sahibkarlar arasında əməkdaşlıq və qarşılıqlı razılaşma əsasında yoxlamaların monitorinqi həyata keçiriləcək. Üfüqi yoxlamadan sahibkarın çıxarılması və səyyar yoxlamanın aparılması yalnız monitorinq nəticəsində qanun pozuntularının aşkar edilməsi və ya bu pozuntuların təkrarlanması halında mümkün olacaq".

Deputat bildirib ki, ümumilikdə, bu islahat vergi ödəyiciləri və vergi xidməti orqanları arasındakı münasibətlərin yeni mərhələyə keçidini təmin edir:

"Eyni zamanda, sahibkarların fəaliyyətinin dəstəklənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu yanaşma yoxlamalar üçün vaxt itkisinin qarşısını alır, şəffaflığı artırır və qarşılıqlı etimad mühitini möhkəmləndirir".

V.Bayramov son olaraq onu da əlavə edib ki, üfüqi yoxlama mexanizmi Azərbaycanda vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə, eləcə də dövlət büdcəsinə daxilolmaların vergitutma mənbələrindən artmasına töhfə verəcək yeni və müasir bir yanaşmadır.



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap