| |
|
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
Tarix 16.11.25, 9:00 |
|
Bakıda sənədsiz evlər problemi yenə gündəmdədir. Minlərlə ailə illərdir ki, əmlaklarına çıxarış almağı gözləyir, amma problem hələ də həllini tapmır. Sənədsiz evlər həm satış, qeydiyyat, miras, həm də digər hüquqi məsələlərdə vətəndaşlara ciddi çətinlik yaradır. Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, məsələ kifayət qədər dolaşıq və mürəkkəb prosesdir.
Azadov bildirib ki, bu il Prezidentin imzaladığı fərmanla təxminən 100 min vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradılıb.
Ekspert mövzunu "Yeni Müsavat”a şərh edərkən bildirib ki, fərman sovet hökuməti dövründə kənd və qəsəbə sovetlərinin sərəncamı ilə verilmiş torpaq sahələrinə şamil olunur. Onun sözlərinə görə, dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunmuş evlərin leqallaşması üçün yol açır: "Çünki bizim qanunvericiliyə uyğun olaraq, kənd təsərrüaftı təyinatlı torpaqlarda evlərin tikintisi yalnız kənd təsərrüfatı üçün nəzərdə tutulub. Fərdi evlərin tikintisinə qanunla yol verilmir. Dəyişikliyə görə, kənd ərazisində və qəsəbələrdə yaşayan vətəndaşlar həmin kateqoriyaya aiddirlər və öz mülkiyyət sənədlərini əldə edə biləcəklər. Vətəndaş mülkünü rəsmiləşdirəndən sonra rahatlıqla onu sata və ya girov qoya bilər.
Digər kateqoriyaya aid olan torpaqların da leqallaşması istiqamətində hazırda hökumət iş aparır. Çox güman ki, bu ilin sonuna kimi o istiqamətdə də siyahı genişləndiriləcək. Birdən-birə olması mümkün deyil, amma müəyyən qədər leqallaşma işləri aparılacaq. Belə torpaq sahələrinin, mülklərin statistikası haqqında Əmlak Məsələləri Dövlət Xidməti bir neçə il ərzində siyahı apardıqdan sonra dəqiq məlumat söyləmək mümkün olacaq.
İşğaldan azad olunmuş əraziləri nəzərə almasaq, Azərbaycanın qalan bütün rayon və kəndlərində belə rəsmiləşdirməyə ehtiyac var. Kolxozlar və sovxozlar, kənd və qəsəbə sovetləri tərəfindən verilmiş xeyli sayda sənədlər var. Onların hamısı leqallaşdırılmalıdır".
Belə ki, əvvəllər hüquqi statusu olmayan bəzi arayış və sənədlər qanunvericilik baxımından rəsmiləşdirilib. Bu addım vətəndaşlara əmlaklarını rəsmiləşdirməyə şərait yaradır.
Ekspert vurğulayıb ki, heç bir sənədi olmayan evlərin dövlət qeydiyyatına alınması qanunvericilik baxımından mümkün deyil. Hazırda müvafiq dövlət qurumları bu istiqamətdə iş aparır, amma proses qısa müddətdə tamamlanmayacaq. Qeyri-rəsmi məlumatlara görə, ölkədə qanunsuz tikililərin sayı 600 mindən çoxdur.
Sənədsiz evlərin yaranması probleminin kökləri 1990-cı illərə gedib çıxır. Həmin dövrdə şəhərsalma prosesləri sürətlə genişlənib, əhali artıb, miqrasiya isə planlaşdırılmamış yaşayış sahələrinin inşasına səbəb olub. Nəticədə, həm Bakı və Abşeron yarımadasında, həm də ölkənin digər iri şəhər və rayon mərkəzlərində çoxsaylı evlər hüquqi sənədləşmə olmadan tikilib.
Sənədsiz evlərin leqallaşdırılması yalnız vətəndaşların mülkiyyət hüququnun qorunması üçün deyil, həm də hüquqi dövlət prinsiplərinin tətbiqi baxımından əhəmiyyətlidir. Bu proses sosial ədalətin təmin olunması, illərlə əziyyət çəkmiş minlərlə insanın mülkiyyətinin dövlət tərəfindən tanınması baxımından vacib addımdır.
Lakin məsələ hələ də həllini tapmayıb. Uzun illər davam edən bu problemin arxasında həm hüquqi mürəkkəblik, həm də geniş miqyaslı sənədləşmə prosesi dayanır. Ekspertlər bildirirlər ki, bu işin sürətləndirilməsi üçün həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də dövlət qurumlarının koordinasiyası vacibdir. Qısa müddətdə minlərlə vətəndaşın hüquqlarını qorumaq mümkün deyil, amma prosesin davam etməsi gələcəkdə həm sosial, həm də hüquqi sabitlik üçün önəm daşıyır.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qəzetə mövzu ilə bağlı danışıb. O bildirib ki, qeyri-qanuni tikililərlə bağlı bundan öncə araşdırma aparıb: "Təxminən o vaxt yarım milyondan çox qanunsuz tikililər var idi. Onlar illər ərzində azalmaq əvəzinə artdı. Normalda isə bu azalmalı idi. Bir tərəfdən hökumət qeyri-qanuni tikililərin sənədləşməsi üçün bir neçə pilot layihə həyata keçirdi. Həmçinin qeyri-qanuni tikililərin artmasının qarşısını almaq üçün müxtəlif tədbirlər gördü. Lakin çox təəssüflər olsun ki, son 10 ildə sənədsiz tikililərin sayı artdı. Bəs bu niyə belədir? Burada ciddi maraq toqquşmaları var. İlk növbədə deyim ki, bu məsələnin qarşısının alınması və aradan qaldırılması dövlətin xeyrinədir. Çünki 700 minə yaxın tikinti daşınmaz əmlakdır və onun büdcəyə vergisi verilmir. Hər bir əmlak 10 manat vergi versə, bu milyonlarla manat pul deməkdir. Hazırda Azərbaycan hökuməti həmin pulu itirir. Qanuni layihə çərçivəsində həmin tikintilər qanuniləşdirilsə, tikinti vergiyə cəlb olunacaq və dövlət büdcəsi bundan bəhrə görəcək. Dövlət həmin tikililərin sənədləşməsinə maraqlı olmalıdır.
Araşdırma etsək, görərik ki, qeyri-qanuni bir tikilinin qanuni qaydada sənədləşməsi həcmindən asılı olaraq 30-100 min arası pul edəcək. Vətəndaş bu pulu məmurlara verir. Biz o tikililəri hökumətin layihəsi ilə leqallaşdırsaq, məmurların bu gəlir mənbəyi aradan qalxır. Ona görə də bu məsələ dövlət səviyyəsində qaldırılsa da, hakimiyyətin iearxiyasında problemin aradan qaldırılmasına qarşı müqavimət var. Buna hörə də hökumət ortaya siyasi iradə qoymalı və belə məmurların "əlini-qolunu bağlamalıdır”. Əks halda bəzi məmurlar bu işə əngəl törədəcək".
Qeyd edək ki, Prezidentin imzaladığı son fərmanla "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları təsdiq edən sənədlərin siyahısına dəyişiklik edilib. Bu dəyişikliklə sovet dövründə vətəndaşlara verilmiş torpaq sahələri üzrə hüquqlar tanınacaq və müvafiq çıxarışlar veriləcək. Söhbət daha çox Azərbaycan SSR dövründə Xalq Deputatları Sovetləri tərəfindən vətəndaşlara müvəqqəti və ya daimi istifadəyə ayrılmış torpaq sahələrindən gedir. Həmin torpaqlarda son 35-40 ildə evlər tikilib, həyətlər salınıb, ancaq insanlar dövlət reyestrindən çıxarış ala bilməyiblər. İndi isə həmin torpaq sahələrinə dair mövcud sənədləri olan şəxslər müvafiq qurumlara müraciət edərək rəsmi sənədlərini əldə edə biləcəklər. Fərman yalnız sovet dövründə verilmiş torpaq sahələrinə şamil edilir. Yəni bələdiyyələrdən alınmış və hələ də çıxarışı olmayan torpaqlar bu mərhələdə əhatə olunmur. Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib ki, artıq proses başlayıb və vətəndaşlar ASAN Xidmət mərkəzlərinə və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edə bilərlər. Qurumdan qeyd olunub ki, sovet dövründən qalan vətəndaşların istifadəsində olan, ilkin sənədləri mövcud torpaqlar dövlət reyestrinə daxil ediləcək və sahiblərinə çıxarış təqdim olunacaq.
Xəbərin oxunma sayı : 139
Sosial
Xəbərlər
-
Prezident Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı - Video
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc
-
“Azərbaycanın xarici siyasətinin üfüqləri genişlənir“ - Hikmət Hacıyev
-
“Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanıldı” - DİN
-
“Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb“ - Zelenski
-
Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir - Prezident
-
“Kaş boşanmış olardım“ - Gülüstan Əliyeva
-
35 yaşlı kişi Ağdərədə minaya düşdü - Rəsmi açıqlama
-
Azərbaycan tamhüquqlu iştirakçı oldu - FOTO
-
Təhsildə hansı yeniliklərə ehtiyac var? - Ekspertlər izah edirlər
-
Prezident İlham Əliyev liderlərin iclasında çıxış etdi - Fotolar
-
Oğuzda 47 yaşlı qadın qətlə yetirildi - 15 yaşlı oğlu saxlanıldı
-
Leysan olacaq, qar yağacaq - Sabahın havası
-
“Azərbaycan əsrlərdir körpülər ölkəsidir, indi isə rəqəmsal körpü yaradırıq“ - Nazir müavini
-
Balıq bazarında canlanma yaranıb, qiymətlər artıb - VİDEO
-
Gədəbəydə 37 yaşlı kişi bıçaqlanaraq öldürüldü - Şübhəli atasıdır
-
Prezident Daşkənddəki Konqres Mərkəzinə gəlib - Fotolar
-
Bəzi rayonlara yağış, Murova qar yağır - Faktiki hava
-
“İş təklifi“ adı altında fırıldaq: Kartınızı qorumağın yolları
-
“F-35“lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər - Fidan
-
Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
-
İnstaqramda bu günün paylaşımları - FOTOLAR
-
Türkiyə Bolqarıstanı məğlub edib pley-off-a yüksəldi - DÇ-2026
-
Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
-
İmişlidə karxanada bədbəxt hadisə: Ölən var
-
Daşkənddə liderlərin şərəfinə atəşfəşanlıq oldu - Fotolar
-
Nizami rayonunda 17 mərtəbəli yaşayış binasında yanğın baş verib - VİDEO
-
Fuad Cəbrayılov Naftalan icra başçısı olacaq? - İDDİA
-
Daşınmaz əmlak bazarında bahalaşma davam edir - VİDEO
-
İşsizliyə görə sığorta ödənişi artırılacaq - VİDEO
-
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
-
Qusarçay məcrasını dəyişib, evlər təhlükə altında qalıb - VİDEO
-
Efiopiyada təhlükəli virusun yayıldığı təsdiqlənib - “Bloomberg“
-
Akvakulturanın inkişafı üçün yeni addım: Köhnə balıqçılıq təsərrüfatları dirçələcək?
-
“Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq“ - Polşa XİN rəhbəri
-
Ət bazarında böhran dərinləşir: Bahalaşma nə qədər davam edəcək?
-
Metro sərnişinlərinin sayı azalıb, avtomobil istifadəçilərinin sayı artıb - 10 ayın statistikası
-
“Avropa müharibə astanasındadır” - Viktor Orban
-
Bərdədə əməliyyat: Xadiməni əxlaqsızlığa cəlb edən sahibkar tutuldu
-
“Məqsədimiz Bakıda qələbə qazanmaqdır“ - Didye Deşam
-
Abituriyentlərin nəzərinə: Bəzi ixtisaslarda keçid balı arta bilər
-
İlham Əliyev “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində - Fotolar
-
Masallıda kənd adının dəyişdirilməsi qalmaqala səbəb oldu - Rəsmi açıqlama
-
Hər qurtumda bir hekayə: Dünya Türk Qəhvəsi günü - Fotolar
-
Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Fotolar
-
“ABŞ hələ qadın prezidentin idarəçiliyinə hazır deyil“ - Mişel Obama
-
Quzu ətinin qiyməti 30 manatı keçdi - Daha da bahalaşacaq?
-
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 minlik gül aldı - Fuad Hacıyevin biznesi
-
Azərbaycanda 7,5 milyon manata “Bugatti“ satılır - FOTO
-
Borclu kimi axtarışda olan 208 nəfər saxlanılıb - DİN
-
“Türkiyə Şimali Kipri heç vaxt tək qoymayacaq“ - Ərdoğan
-
Sabiq deputatdan Emin Əmrullayevə ağır ittihamlar: Təhsil İnstitutunda korrupsiya bataqlığı…
-
Dələduzların onlayn kart alveri: Sahibi cinayət məsuliyyəti daşıyır?
-
Məhkumları robotlar izləyəcək - Maskdan yeni layihə
-
Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək? - Açıqlama
-
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu - FOTO
-
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
-
Hindistan bu helikopterləri ala bilmədi - Türkiyə icazə vermədi
-
İlham Əliyev Özbəkistanda səfərdədir - FOTOLAR
-
Sevgilisinin kartından yemək sifariş etdi, məhkəməlik oldu
-
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq - VİDEO
-
Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Fələstinə humanitar yardım göstərməyə davam edəcəyik - İlham Əliyev
-
ABŞ “Lukoyl” şirkətinə möhlət verdi - Bu tarixədək
-
“Baxmırlar haqlısan, ya yox, işdən çıxarırlar“ - “Bolt“ şirkəti kuryeri niyə cəzalandırdı?
-
Ermənistanda 10 yeni məscid tikiləcək - Ərdoğan sayəsində
-
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
-
Bakıda ana azyaşlı qızına işgəncə verdi - TƏFƏRRÜAT
-
Paytaxtda nəzarətsiz qalan yol: Keçənlər təngə gəlirlər
-
Sosial şəbəkələrdə qadınları şantaj edənləri hansı cəza gözləyir? - VİDEO
-
“Bu ölkə ilə bağlı qərar qəbul etmişəm” - Tramp
-
Vatsap bu telefonlarda işləməyəcək - SİYAHI
-
Zəngilan və Ağdamın kəndlərinə növbəti köç - FOTOLAR
-
Müdafiə Nazirliyinin manqa komandiri dələduzluğa məruz qalıb - TƏFƏRRÜAT
-
Azərbaycandan keçməklə Avropaya aparılan 90 milyonluq heroin aşkarlandı - Fotolar
-
Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri: Problem həllini tapmayıb
-
Yasamalda obyekt tikmək məqsədilə yaşı bir əsr olan binanın zirzəmisi qazılıb - VİDEO
-
Baş İdarə əməliyyat keçirib - Saxlanılanlar var
-
Son günlər uşaqlar arasında yayılan yeni xəstəlik nədir? - VİDEO
-
Elçin Rzayevin sözünə “qulaq asan“ yoxdur - Deputat kəndlinin örüş yerini “azad edəcəkmi?“
-
Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO
-
Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirilib...
-
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
-
Türkiyə şəhidlərini torpağa tapşırdı... - FOTOLAR
-
“Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayacaq“ - Merts
-
Deputatlar 3 gün ardıcıl iclas keçirəcək, 8 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
-
Yusif Baqiyev qumarxana şəbəkəsi yaradaraq 171 milyondan çox qazanıb - RƏSMİ
-
Kiçik məktəblilər “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil edib - FOTO
-
Saleh Məmmədovun idarə rəisi hansı imtiyazlar əldə edərək “Lexus” alıb? - FOTO
-
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
-
9990 və 7770 nömrələrindən gələn zənglər... - DİN araşdırmaya başlayıb
-
Ayda adambaşına 633 manat gəlirimiz olub - Statistika Komitəsi
-
Putin TŞ-nin müşavirəsini keçirib - Lavrov müşavirəyə qatılmayıb
-
Kriştianu Ronaldu dünya çempionatının oyunlarını buraxa bilər - SƏBƏB
-
Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub - STATİSTİKA
-
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - Fotolar
-
“Şərurlu İsfəndiyar“ məhkəmədə: “Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm“
-
DİN və AQTA-dan birgə əməliyyat: 2 ton yararsız ət aşkarlandı - Video
-
Nazir Biləsuvarda vətəndaşları qəbul etdi - Fotolar
-
Zelenski İlham Əliyevə zəng edib - Səfirliyimizə edilən hücum barədə danışıblar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Prezident daha bir fərman imzaladı - AYNA ilə bağlı
-
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı
-
“Bakı Metropoliteni“ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
-
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
-
“Azərsilah”ın zavodunda istehsalat qəzası olub - Ölən var
-
“Məlhəm” Hospitalının həkimi Günel Qəmbərova pasiyentləri belə müayinə edir? - VİDEO
-
Novorossiyskdən neft nəqli dayandırıldı - Rusiya Qara dənizdən neft ixrac edə bilmir
-
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Türkiyədə cinayətkarlara qarşı əməliyyat - Azərbaycan polisi də məlumatlandırılıb
-
“Xameneiyə hücum rejimi içəridən çökdürə bilər” - Pezeşkian
-
Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
-
Azərbaycanda orta aylıq əməkhaqqı 10 %-ə yaxın artıb - Rəsmi
-
Sabirabadda qadın qətlə yetirilib - Qardaşı tutulub
-
Mətanət İsgəndərli əməliyyatla belə dəyişdi - FOTOLAR
-
Aqrar sahədə gözləntilər reallaşmır - Büdcə xərcləri artır, amma məhsuldarlıq azalır
-
Şənbə günü bəzi rayonlara leysan yağacaq - PROQNOZ
-
Prezident Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - FOTOLAR
-
“Tramp marşrutu”nun icarəsi ilə bağlı iki ssenarini müzakirə edirik” - Paşinyan
-
Bazarda satılan dana əti basdırmasında at DNT-si aşkarlandı - Fotolar
TOP 10
ARXİV




