| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Prezident İlham Əliyev liderlərin iclasında çıxış etdi - Fotolar
Tarix 16.11.25, 13:30 |
|
Prezident İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında iştirak etmək üçün Konqres Mərkəzinə gəlib.
AzFakt.com xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət başçısını qarşılayıb.
***
İlham Əliyev tədbirdə çıxış edib:
“Hörmətli Şavkat Miromonoviç.
Hörmətli dövlət başçıları.
Əziz dostlar.
İlk növbədə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə dəvətə görə dərin minnətdarlığımı bildirirəm. Özbəkistan tərəfinə ənənəvi qonaqpərvərliyinə görə təşəkkür edirəm.
Özbəkistan qardaşım Şavkat Miromonoviç Mirziyoyevin müdrik rəhbərliyi ilə inkişaf və quruculuq yolunda inamla irəliləyir. Onun güclü beynəlxalq nüfuzu, səmərəli iqtisadi islahatları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi irimiqyaslı layihələr Özbəkistanı regionda lider mövqeyə yüksəldib. Prezidentin gündəlik qayğısı sayəsində Özbəkistan dünyanın aparıcı idman dövlətləri sırasında yer alıb. Bu yaxınlarda keçirilən Yay Olimpiya Oyunları bunu əyani şəkildə nümayiş etdirdi. Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə vermiş insandır. O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır. Uzaqgörən siyasi xadim Şavkat Miromonoviç Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu aydın görür. Şavkat Miromonoviç, hər şeyə görə Sizə bir daha sağ olun deyirəm.
Biz İslam Sivilizasiyası Mərkəzini ziyarət etdik. Özbəkistan Prezidentinin təşəbbüsü ilə yaradılan bu Mərkəz Özbəkistan Prezidentinin ölkənin zəngin mədəni irsinə sadiqliyinin daha bir göstəricisidir. Bəzi ölkələrdə dinimizə qarşı hücumların artdığı bir şəraitdə islamofobiya sistemli xarakter alır. İslam Sivilizasiyası Mərkəzinin açılması bütün dünyaya göstərir ki, İslam quruculuq, dözümlülük, dostluq və qardaşlıq dinidir. İslam aləminin görkəmli nümayəndələri dünya elminə, mədəniyyətinə böyük töhfə veriblər və İslam Sivilizasiyası Mərkəzi bunu əyani şəkildə nümayiş etdirir. Əminəm ki, möhtəşəm və nadir ekspozisiyaları olan Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi bütün İslam dünyası üçün qürur mənbəyinə çevriləcək.
Hörmətli həmkarlar, Azərbaycan artıq üçüncü dəfədir ki, Mərkəzi Asiya sammitlərində iştirak edir. 2023-cü ildə Tacikistan Prezidenti hörmətli Emoməli Şaripoviç Rəhmonun, 2024-cü ildə isə Qazaxıstan Prezidenti hörmətli Kasım-Jomart Kemeleviç Tokayevin dəvəti ilə sammitlərin işində iştirak etdim.
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik.
Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir.
Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.
Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq.
Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk.
Xüsusilə qeyd edək ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir.
Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır.
Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür.
Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır.
Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb.
Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir.
Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.
Rəqəmsal rabitə sahəsində əməkdaşlığımız böyük potensiala malikdir. “Rəqəmsal İpək Yolu” layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir.
Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara elektrik enerjisinin birgə ixracı üçün böyük perspektivlər açır.
Sonda Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə hörmətli həmkarlarıma təşəkkür etmək istəyirəm. Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir. Eyni zamanda, bizim formatımızda sədrliyi qəbul etdiyinə görə qardaş Türkmənistanı təbrik etmək istəyirəm.
Diqqətinizə görə sağ olun”.
***
Daha sonra BMT-nin Baş katibi Antonio Quterreşin görüş iştirakçılarına məktubu oxunub.
Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında qəbul edilən Qərar və digər sənədlər imzalanıb.
***
Görüşdə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qardaş xalqlar üçün tarixi bir gün yaşandığını vurğulayaraq dedi:
“Biz Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik.
Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul etdiklərinə görə bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm”.
Şavkat Mirziyoyev bildirdi ki, həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. “Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq”, - deyə Özbəkistan Prezidenti vurğuladı.
“Bu gün Azərbaycanın tamhüquqlu iştirakçı qismində bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik”.
Bu fikri isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev söylədi. O, Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov da ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulayaraq qeyd etdi:
“Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Bu gün əminliklə deyə bilərik ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin formatı baş tutub. Bu format öz səmərəliliyini sübut edib, təkcə regionumuzda mövcud problemlərin müzakirə olunduğu deyil, həm də yeni təşəbbüslərin və təkliflərin fəal şəkildə irəli sürüldüyü real, özünəməxsus yeganə platformaya çevrilib”.
“Bu gün regionun yeni nəqliyyat arteriyasının meydana çıxmasının şahidi oluruq", - deyən Sadır Japarov əlavə etdi ki, strateji cəhətdən mühüm Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı birləşdirməklə yanaşı, həm də formatını genişləndirəcək, ölkələrimizə Asiya və Avropanın çox böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon da ölkəmizi Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edərək dedi: “Hörmətli İlham Heydər oğlu Əliyevi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edirəm. Sevindirici haldır ki, məkanımız beynəlxalq və regional proseslərin mühüm iştirakçısının timsalında öz əhəmiyyətini inamla artırır. Bu, balanslaşdırılıb və region ölkələrinin artan maraqlarının inkişafına səyləri nümayiş etdirir”.
Tədbirdə çıxış edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dövlət başçısına Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırdı.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi: “İndi isə icazənizlə, söz Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə verilir. Buyurun, İlham Heydər oğlu”.





















Xəbərin oxunma sayı : 715
Siyasət
Xəbərlər
-
Bu gün Od çərşənbəsidir
-
İnstaqramda bu gün önə çıxanlar - FOTOLAR
-
Avtomobil almaq istəyənlərin nəzərinə: Aldadıla bilərsiniz - VİDEO
-
Trampdan İranla bağlı sərt açıqlama: “Biz hələ başlamamışıq“
-
Binəqədidə 5 ildən artıqdır kanalizasiya daşır - ŞİKAYƏT/VİDEO
-
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
-
İran 48 saat ərzində 60 strateji hədəfə hücum edib - SEPAH məlumat yayıb
-
``Nargilə`` dairəsində tıxac problemi həll olunur - VİDEO
-
ABŞ və İsrailin İrana hücumu bir həftə təxirə salınıb - Bu səbəbdən
-
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
-
Münaqişənin isti fazası bir–iki həftə davam edəcək - İran mediası
-
Ağcabədi Su İdarəsinin rəisindən tapşırıq: Qadınlara ayaqyoluya getmək qadağan edildi - VİDEO
-
“Kredit bataqlığı“na düşənlər çoxalır: Yüksək faizlər, borclu üç milyon vətəndaş
-
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
-
5 saylı Magistral Yolların İstismarı MMC-də mənimsəmələr: Arif Abbasovun Yaqub Eyubovla nə əlaqəsi var?
-
“İran ABŞ-dən fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb“ - Laricani
-
27 yaşlı xanım “tik-tok“da açıq videosunu paylaşdı, həbs edildi
-
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
-
Pentaqondan İranla bağlı açıqlama - “Ərazidə qoşunumuz yoxdur”
-
İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi
-
Bu universitetdə yeni təyinatlar oldu - FOTOLAR
-
“Akkord“un keçmiş sahibinə 15 il həbs cəzası verildi - Məhkəmə prosesi
-
İran-Ermənistan quru sərhədi yenidən açılıb - Səfirdən açıqlama
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib - FOTOLAR
-
Hizbullahın kəşfiyyat qərargahının rəisi öldürülüb - İsrail Müdafiə Qüvvələri
-
Məzuniyyətə gedən komandir cinayət törətdi - 7 il 10 ay 15 gün cəza aldı
-
Nazirlikdən xəbərdarlıq: Ağdərədə partlayışlar olacaq
-
DSMF-nin binası təmir olunacaq - 3,8 milyon manata
-
“İran ərazimizə endirdiyi aviazərbələrə görə cavab verməli olacaq“ - Qətər XİN
-
“Megastore”a dadanan oğrunun həzin sonu - 2,6 il həbs...
-
Azərbaycan və Türkiyə XİN başçıları arasıda telefon danışığı: Regiondakı son vəziyyət müzakirə edildi
-
Netanyahunun ofisinə və HHQ komandanının olduğu yerə zərbə endirilib - SEPAH
-
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
-
“İran ballistik raket hücumlarını artırır“ - İSRAİL ORDUSU
-
Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrıldı - SƏRƏNCAM
-
“Mentalitetimin uyğun olmadığı ölkədə uğur əldə edə bilmərəm” - Qurban Qurbanov
-
Prezident ailəsi qadın sahibkarlara belə dəstək oldu - Fotolar
-
Yasamalda səkini zəbt edib 5 mərtəbəli obyekt tikiblər - FOTO
-
Bu tarixdən moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq - RƏSMİ
-
Həbsdən çıxan müğənni Dəniz Əsədova ilə bağlı şok fakt:Dörd dəfə ad-soyadını dəyişib
-
Ad gününü qeyd etmək üçün Əbu-Dabiyə getmişdi - Qayıda bilmir
-
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
-
Xamenei ölsə də, o sağ qaldı - Bu general hər hücumdan xilas olub
-
Həccə qeydiyyat başa çatır - Kvotada boş qalan yerlər
-
“ABŞ ilə danışıqlar aparmayacağıq“ - Əli Laricani
-
Vəzifəli şəxsi videogörüntülərlə şantaj edən qadın həbs olundu - Məhkəmə zalında
-
Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - Fotolar
-
Şahbuzda 37 santimetr qar yağıb - FAKTİKİ HAVA
-
Krevetka biznesində paradoks: Tələbat var, istehsal yoxdur
-
Maştağada “ölüm tələsi“: Sürücülər hər gün qəza riski ilə üzləşirlər (VİDEO)
-
AAYDA-da “qaynayır“ - Azadəli Azadəliyev haqqında ilginc iddialar yayıldı
-
Körfəz Ərəb ölkələri İrana cavab verməyə hazırdırlar - Bəyanat
-
“Əməliyyat başa çatana qədər daha çox itki olacaq“ - Tramp
-
Neftin qiyməti 81 dolları keçib - Son 8 ayda ilk dəfə
-
İranda öldürülən generalların adları açıqlanıb - SİYAHI
-
Bu xətt cərimə nişanına çevrilib - Sürücülər çətin vəziyyətdə (VİDEO)
-
“Futbolçular “Sabah“ın gücünü tam bilmirdilər“ - Qurban Qurbanov
-
Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?
-
Ramazan ayının on ikinci günü - İmsak və iftar vaxtları
-
Sirk fəaliyyətini çadırda davam etdirir: Əsas bina təmir olunacaq?
-
Hörmuz boğazını bağlamaq niyyətimiz yoxdur - Əraqçi
-
Bakıda kollektorun üzərində tikilən evin həyəti çökdü - VİDEO
-
Bir qrup sakin “Olympus Park” tikinti şirkətindən şikayətçidir - VİDEO
-
MEDİA mətbuata müraciət etdi - Yaxın Şərqdəki vəziyyətlə bağlı
-
“Kotanlı” MTK-nın sakinləri mənzillərinə çıxarış ala bilmirlər - TƏFƏRRÜAT/VİDEO
-
Sahibkarların “POS-terminal oyunu“: Vətəndaşları necə aldadırlar?
-
Maştağa yolunda təhlükəli vəziyyət yaranıb - VİDEO
-
“İranın yeni ali rəhbəri yaxın günlərdə seçiləcək“ - Əraqçi
-
“Qapımıza son 4 topu məhz hakimlər “vurub” - “Neftçi”dən bəyanat
-
Azərbaycan və BƏƏ XİN başçıları telefonda danışdılar - Yaxın Şərqdə vəziyyət müzakirə edilib
-
MKİ Xameneini vurmaq üçün İsrailə ən uyğun vaxtı deyib - Aylarla hesablanıb
-
Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO
-
Hücumlara baxmayaraq, müstəqillik yolunda möhkəm dayanırıq - Pezeşkian
-
Elə sevinirik ki, yenidən öz yurdumuza qayıtdıq - VİDEO
-
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
-
İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti Əlirza Ərafi icra edəcək - DOSYE
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“Əsas məsələ tələbələri maraqlandırmaqdır“ - Universitetlərdə dərs müddəti azaldılmalıdır?
-
İlham Əliyev Pezeşkiana başsağlığı verdi - Xameneinin ölümü ilə bağlı
-
Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib - FOTOLAR
-
Bakıda sakinlərin daha bir çıxarış problemi - VİDEO
-
Xırdalanın mərkəzində açıq özbaşınalıq - 4 mərtəbəli bina necə 5-ə çevrilib?
-
Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək - Ceyhun Bayramov
-
Çin vətəndaşlarını İranı tərk etməyə çağır - Azərbaycanı da çıxış istiqaməti göstərir...
-
İraqda 3 günlük matəm elan edildi - Xameneinin ölümü ilə əlaqədar
-
Bakıda 10 dərəcə isti olacaq, dağlıq ərazilərə qar yağacaq - Sabahın havası
-
Tehran Yaxın Şərqdəki hədəflərini açıqladı - Dubayda nəyi vurmaq istədiyini bəyan etdi
-
Pakistanda və İraqda ABŞ konsulluqlarına hücum - Ölən və yaralananlar var
-
İsrail İranın yeddi yüksək vəzifəli şəxsinin öldürüldüyünü açıqladı - Siyahı
-
“Tezliklə İrana yeni rəhbər seçiləcək“ - Əli Laricani
-
Masazırda tikinti qalmaqalı: Evlər arasında “bir qarış“ məsafə - VİDEO
-
İsrail növbəti hücum dalğasını elan etdi - Tehranda partlayışlar eşidilir
-
Ölkənin bəzi ərazilərində küləkli və yağıntılı hava müşahidə olunub - FAKTİKİ HAVA
-
“Hazırda bu sahədə özümə rəqib görmürəm“ - Mehman Əhmədli
-
“Xameneinin öldürülməsi cavabsız qalmayacaq“ - İran Prezidenti
-
Taksiyə ödəniş etməyənləri hansı cəza gözləyir? - VİDEO
-
İranda milli matəm elan olunub - Qırx günlük
-
“Xameneinin ölümündən sonra İranla danışıqlar aparmaq “daha asan“ olacaq“ - Tramp
-
Vətəndaşlar FHN-nə niyə yalan və yalnış müraciətlər edir? - VİDEO
-
İran ali dini lider Əli Xameneinin ölümünü təsdiqləyib - RƏSMİ
-
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
-
ABŞ Konqresi Trampa qarşı hərəkətə keçdi - İrana görə
-
Elza Seyidcahan onları məhkəməyə verəcək - Bu səbəbə görə
-
Sərhədləri aşan investisiya: Xaricilər niyə Azərbaycandan ev alırlar?
-
Türkiyənin onlayn satış platformları qiymətləri niyə bahalaşdırıb? - VİDEO
-
Ramazan ayının on birinci günü - İmsak və iftar vaxtları
-
“ABŞ və İsrailin zərbələri nəticəsində İranda 200-dən çox insan həlak olub“ - Qızıl Aypara
-
Paşinyan izləmədə qaldı, Anna Akopyan isə SİLDİ - Sosial mediada qalmaqal böyüyür!
-
Qeyri-sabit hava rayonlarda həyatı iflic etdi - VİDEO
-
İsrail İranda idman zalını bombalayıb - 15-dən çox uşaq həlak olub
-
Azərbaycan dərindən narahatdır - XİN bəyanat yaydı
-
Bir qrup Azərbaycan vətəndaşı İrandan təxliyə edildi - Fotolar
-
“WhatsApp“la pulunuz oğurlana bilər - DİN-dən xəbərdarlıq
-
ABŞ İrana zərbələr zamanı ilk dəfə kamikadze dronlardan istifadə edib - “Fox News“
-
“Gərginliyin azaldılmasına hazırıq, amma əvvəlcə təcavüz dayandırılmalıdır“ - Əraqçi
-
“Zeytun Pharmaceuticals” ilə müqavilə imzalanıb - 6,48 milyonluq
-
Həmid Herisçi Təbrizə bu məqsədlə gedibmiş - Xanımı açıqladı
-
“Bizim güclü silahlı qüvvələrimiz hazırdır“ - Əraqçi
-
ABŞ İrana qarşı hücumları artırmağı planlaşdırır - CNN
TOP 10
ARXİV






