Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Elektromobillərin idxalı kəskin azalıb: Avtomobil idxalı isə 21 faiz artıb

Tarix 17.11.25, 20:22

Font ölçüsü : - / +
bitmap-img6


Cari ilin yanvar-oktyabr ayları üzrə ölkəyə ümumi dəyəri 1 milyard 793 milyon 87.94 min dollar olan 94 min 583 ədəd müxtəlif növ mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Ötən ilin 10 ayı isə idxal olunan avtomobillərin sayı 74 723 ədəd, ümumi dəyə isə 1 milyard 484 milyon 416.82 min dollar təşkil etmişdi. Beləliklə, cari ilin 10 ayında idxal olunan avtomobillərin sayı təxminən 26.6%, dəyəri isə təxminən 20.8% artıb.

AzFakt.com rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 1 732 olub ki, onların ümumi dəyəri 52 milyon 82.79 min dollar təşkil edib. Ötən ilin 10 ayında yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxalı 2 592 ədəd (104 milyon 237 min 450 dollar) təşkil etmişdi ki, bu cari ildə elektromobillərin idxalının təxminən 33.2% faiz azalması deməkdir.

İdxal olunan maşınlar arasında 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin sayı 702 ədəd (74 milyon 760.1 min dollar), əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələrinin sayı isə 86 min 909 ədəd (1 milyard 606 milyon 637.95 min dollar) olub.

Qeyd edək ki, hesabat dövründə ölkəyə 13 min 657 ədəd hibrid avtomobil (elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olmayan, daxiliyanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) 37 min 476 ədəd "plug-in" hibrid avtomobillər (PHEV - elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxiliyanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edilib.

Həmçinin həmin zamanda ölkəyə gətirilən yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin sayı 6 min 588 ədəd, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin sayı isə 384 ədəd olub.



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap