Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Tramp vəliəhdlə ilə görüşdü - 1 trilyon dollar söz verdi

Tarix 19.11.25, 9:29

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman Əl Səud ABŞ Prezidenti Donald Trampla görüşüb.

Yeniavaz.com xəbər verir ki, görüş Ağ Evdə baş tutub. 

Görüş zamanı Əl Səud krallığın Amerika iqtisadiyyatına investisiyalarını 1 trilyon dollara çatdırmaq niyyətini açıqlayıb:
“Cənab Prezident, mən əminəm ki, bu gün və sabah biz həmin 600 milyard dollarlıq investisiyanı real sərmayədə demək olar ki, 1 trilyon dollara çatdırmaq niyyətimizi elan edəcəyik”.
O, Trampın Ər-Riyadın ABŞ-yə sərmayəsini 1 trilyon dollara qədər artırıb-artırmayacağı ilə bağlı növbəti sualına müsbət cavab verib. Məhəmməd bin Salman Əl Səudun sözlərinə görə, Ər-Riyad ABŞ iqtisadiyyatının gələcəyinə və Trampın siyasətinə inanır:
“Biz ABŞ-də gələcək onilliklərdə Amerika iqtisadiyyatına müsbət təsir edəcək, yeni texnologiyalar üçün möhkəm zəmin yaradacaq uzunmüddətli imkanlardan danışırıq. Bu, Amerika üçün yaxşı mənada oyun dəyişikliyi olacaq və biz onun bir hissəsi olmaq istəyirik”.
Qeyd edək ki, vəliəhdin səfəri ərəfəsində əsas mövzulardan biri hazırda Yaxın Şərqdə yalnız İsrail tərəfindən idarə olunan F-35 beşinci nəsil qırıcı-bombardmançı təyyarələrin Ər-Riyada mümkün satışı olub. Ağ Evdə Məhəmməd bin Salman Əl Səud ilə görüşdə Tramp Səudiyyə Ərəbistanının ABŞ-dən İsraillə eyni konfiqurasiyada F-35 qırıcıları alacağını açıqlayıb.
Xatırladaq ki, may ayında Tramp vəzifəyə gəldikdən sonra Səudiyyə Ərəbistanına ilk dövlət səfəri də daxil olmaqla, Fars körfəzini gəzib. Səfərin ilk günü ABŞ və Səudiyyə Ərəbistanı arasında 600 milyard dollardan çox məbləğdə sazişlər və investisiya öhdəlikləri paketi imzalanıb. Ağ Evin bəyanatına görə, bu, ikitərəfli əməkdaşlıq tarixində ən böyük iqtisadi sövdələşmədir.



Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap