Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Turizm gəlirlərində yeni hədəf: Əvvəl kəmiyyət, sonra keyfiyyət

Tarix 22.11.25, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda ən çox vəsait xərcləyən turistlər əsasən yüksək gəlirli ölkələrdən gəlirlər. Qətər və ABŞ vətəndaşları bu baxımdan siyahının başında yer alıblar. Qətərdən gələn 2 152 turist, ümumilikdə 4,8 milyon manat xərcləyərək adambaşına 2 236 manatla birinci olub.

Azərbaycana səfər edən turistlərin yalnız say göstəriciləri deyil, həm də xərcləmə qabiliyyəti ölkə turizminin gəlir strukturuna ciddi təsir göstərir. 2025-ci ilin ilk üç rübündə açıqlanan statistika göstərir ki, ən çox vəsait xərcləyən turistlər əsasən yüksəkgəlirli ölkələrdən gəlirlər. Qətər və ABŞ vətəndaşları bu baxımdan siyahının başında yer alıb. Qətərdən gələn 2 152 turist ümumilikdə 4,8 milyon manat xərcləyərək adambaşına 2 236 manatla birinci olub. ABŞ-dən gələn turistlər isə ümumilikdə 41,5 milyon manat xərcləyərək hər nəfərə 2 221 manatla ikinci yerdə qərarlaşıb. İlk beşlikdə Kanada, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları da yer alıb. Ümumilikdə isə Körfəz ölkələrindən gələn turistlərin həm sayı, həm də xərcləri digər regionlarla müqayisədə daha yüksəkdir.

AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bu mənzərə bir sualı ön plana çıxarır: Azərbaycan turizmi yalnız turistlərin sayına deyil, daha çox xərcləmə potensialına malik bazarlara yönəlməlidirmi? Digər tərəfdən, ölkənin turizm strategiyasında "kəmiyyət yox, keyfiyyət" yanaşması əsas prioritetlərdən birinə çevrilməlidirmi?

Türkiyənin illər əvvəl keçdiyi mərhələ ilə oxşarlıq

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurovun sözlərinə görə, Azərbaycanın turizm siyasəti baxımından bu gün Türkiyənin illər əvvəl keçdiyi mərhələ ilə oxşarlıqlar var: "Türkiyə uzun müddət dünyada ən çox turist qəbul edən ilk on ölkə arasında yer alsa da, turizm gəlirlərinə görə həmin siyahıya daxil ola bilmirdi. Buna görə də son illərdə Türkiyə strategiyasını dəyişərək ucuz destinasiya imicindən çıxmağa başladı. Bu ölkə tibbi və sağlamlıq turizmi istiqamətində təkliflərini artıraraq turist başına düşən xərcləri yüksəltməyə nail oldu. Eyni zamanda, hava biletlərini nisbətən ucuz saxlayıb, amma qonaqların qalma və alış-veriş xərclərini artıran strategiyalar həyata keçirdi. Bu yanaşma həm gələn turistlərin sayına, həm də turizmdən daxil olan ümumi gəlirlərin artmasına müsbət təsir göstərdi".

Əvvəl kəmiyyət, sonra keyfiyyət

Ekspertin fikrincə, Azərbaycan dünyada ucuz turizm istiqaməti kimi tanınmır: "Biz bu məsələdə Türkiyə, Gürcüstan və Ermənistanla müqayisədə daha bahalı destinasiya kimi qəbul olunuruq. Bunun əsas səbəbi təyyarə biletlərinin yüksək qiymətidir. Halbuki otellər, qidalanma və restoran xidmətləri qonşu ölkələrlə müqayisədə daha münasibdir. Məncə, bu siyasətə müəyyən dəyişikliklər etmək lazımdır. Bakıdan başqa digər şəhərlərdə yerləşən beynəlxalq hava limanlarından daha aktiv istifadə edilməli, qiymətlərdə rəqabət yaradılmalıdır. Bu yolla regionlara daha çox əcnəbi turist cəlb etmək və onların xərcləmələrinin bölgələr üzrə paylanmasına nail olmaq mümkündür. Nəticədə, ölkəyə daxil olan valyuta həcmi də artacaq. Çünki turist təkcə oteldə qalmaq və yemək üçün deyil, həm də alış-veriş və xidmət sahələrinə xərcləyir. Bu da iqtisadi gəlirlərin artmasına xidmət edir".

Ceyhun Aşurov hesab edir ki, bu istiqamətdə Türkiyənin təcrübəsindən istifadə etmək Azərbaycan üçün faydalı ola bilər. Lakin ilk növbədə ölkəyə gələn turistlərin ümumi sayını artırmaq vacibdir: "Əvvəlcə kəmiyyət təmin edilməlidir. Bizdə də tibbi, sağlamlıq və dini turizm kimi istiqamətlər üzrə inkişaf potensialı var. Bu sahələrdə müxtəlif marşrutlar hazırlanaraq Avropa, Asiya və Körfəz ölkələrindən gələn turistlərə təklif oluna bilər. Düşünürəm ki, ilk addım kimi ölkəyə gələnlərin sayını bərpa etməliyik. Daha sonra isə turizmdən əldə olunan gəlirlərin artırılması istiqamətində kompleks addımlar atılmalıdır".

Tarixi bazarlardan premium seqmentə keçid

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev bildirib ki, ölkəmiz üçün tarixən ənənəvi bazarlar mövcud olub: "Hansı ki, biz birinci mərhələdə onların Azərbaycana cəlb olunmasından başlamalıyıq. Sonrakı mərhələdə prioritet ölkələrdən turist cəlb etmək məsələləri daha vacibdir. Təbii ki, daha çox premium turistlərin ölkəyə gətirilməsi istiqamətində fəaliyyətlərimizi genişləndirməliyik".

Ekspert vurğulayıb ki, Azərbaycana gələn turistlər arasında ən çox pul xərcləyənlər adətən, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt vətəndaşlarıdır: "Statistika göstərir ki, bir turist orta hesabla 2 500 manatdan artıq vəsait xərcləyib. Maraqlıdır ki, bu siyahıda Hindistan da yer alır. Lakin çox turistin gəlməsi həmişə yüksək xərcləmə demək deyil. Məsələn, Türkiyə ilə Skandinaviya ölkələrini müqayisə etsək, Türkiyəyə gələn turistlərin sayı daha çoxdur, Skandinaviya ölkələrinə isə az turist gəlir. Amma onların xərcləmələri yüksəkdir və turizmdən gəlirlər də buna görə böyük olur. Bu baxımdan strategiya elə qurulmalıdır ki, sayla yanaşı, daha çox pul xərcləyən ölkələrə də yönəlik fəaliyyətlər həyata keçirilsin. Premium turistlər daha uzun qalır və daha keyfiyyətli xidmətlərdən istifadə edir. Bu səbəbdən sağlamlıq turizminin inkişaf etdirilməsi vacibdir. Burada paketlər adətən 14, 18 və 21 gün təşkil edir. Amma əsas şərtlər var: xərcləyən turistləri cəlb etmək üçün xidmətin keyfiyyəti, markalaşma, tanıtım paketləri və qiymət siyasəti vacib rol oynayır".

Hədəf bazarlarına yönəlik tanıtım

Onun sözlərinə görə, hədəf bazarların müəyyən olunması və statistika əsasında hərəkət etmək, xərcləyən turistlərin vətəndaşı olduğu ölkələrdə tanıtım fəaliyyətlərini artırmaq vacibdir:

"Hazırda inkişaf etməkdə olan bazarlar da mövcuddur. Tutaq ki, Hindistan və Orta Asiya ölkələrindən gələn turistlərin xərcləmə vərdişləri və məhsul seçimi bazar araşdırmasının predmeti sayıla bilər. Eyni zamanda, viza qaydalarının sadələşdirilməsi, rahatlıq və keyfiyyət, nəqliyyat bağlantılarının inkişafı, qiymət və paket strategiyası vacibdir. Biz həm də düşünürük ki, turizm təsisatları həmin hədəf ölkələrdə yerli turizm agentlikləri, hava yolları və digər instansiyalarla əməkdaşlığı genişləndirməlidir".



Xəbərin oxunma sayı : 85




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap