Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Minimum əməkhaqqı gəlir vergisindən azad olunacaq? - Açıqlama

Tarix 22.11.25, 23:03

Font ölçüsü : - / +
bitmap-img6


Yeni ildən özəl sektorda əməkhaqqı ilə bağlı güzəşt müddəti başa çatıb və növbəti ildən özəl sektorda çalışan vətəndaşların (2500 manata qədər maaş alan) əməkhaqqından üç faiz vergi hesablanacaq. 

Parlamentin bugünkü plenar iclasında deputat Vüqar Bayramov bildirib ki, əgər özəl sektorda çalışan vətəndaşımızın əməkhaqqı 1000 manatdırsa, həmin məbləğdən 200 manat çıxılır, qalan 800 manat üç faiz vergiyə cəlb olunur: 

"Yəni 24 manat vergi hesablanır. Əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq, oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunmasın sosial təminat baxımdan da məqsədəuyğundur. 

Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik. 

Həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər. Belə ki, bu halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Bu, o deməkdir ki, bu halda 2500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər". 

Minimum əməkhaqqının gəlir vergisindən azad olunması təklifi reallaşa bilərmi və əks təqdirdə hansı problemlər yarana bilər? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov "Cebheinfo.az”-a bildirib ki, bir neçə mühüm faktor ən azından minimum əməkhaqqının vergidən azad olunması ilə bağlı çağırış formalaşdrır: 

"İlk növbədə onu qeyd edim ki, Azərbaycanda 2018-ci ilə qədər minimum əməkhaqqı vergidən azad idi. Ancaq sonrakı dövrdə minimum əməkhaqqı ilə gəlirin vergidən azad olunan hissəsi arasında asılılığı aradan qaldırmaq məqsədilə müvafiq göstərici 200 manat rəqəmi ilə sabitləşdirildi. Minimum əməkhaqqının artım tempinin bu və ya digər şəkildə gəlir vergisindən azad olma ilə əlaqəsi kəsildi. 

Bu həmçinin o deməkdir ki, minimum əməkhaqqının artımından yaranan xərc yükünün bir qismi bu və ya digər şəkildə gəlir vergisinin toplanması hesabına kompensasiya edilir. Burada digər məsələ inflyasiya faktorudur. 2018-2025-ci illərdə 200 manat məbləğ kifayət qədər ciddi dəyər itirib. 

Bu təxminən 45-50 faiz ətrafında qiymətləndirilir. Bundan başqa, 2026-cı ildə qeyri-dövlət, qeyri-neft sektorunda özəl sektorda vergi tətbiqinə başlanacaq. Ötən 7 ildə burada vergidən azadolma var idi. Bütün bu faktorları, eyni zamanda 2026-cı ildə minimum əməhaqqının artırılmadığını, 2025-ci ildə 6 faiz, 2026-cı ildə 5 faiz ətrafında inflyasiya gözləntilərinin olduğunu və özəl sektorda minimum əməkhaqqıdan vergi tutulması nəticəsində nominal dəyərinin daha da aşağı düşməsi və bunun əhalinin alıcılıq gücünə, xüsusilə də azgəlirli sosial həssas qrupların alıcılıq gücünə mənfi təsir edəcəyini nəzərə olsaq, ən pis halda əməkhaqqının minimum səviyyəsinin vergidən azad edilməsi yaxşı olar. 

Eyni zamanda, bu, sosial ədalətliliyin təmini, proqressiv vergiləndirmə istiqamətində meyillərin gücləndirilməsi və dəstəklənməsi, paralel olaraq da gəlirlərin yenidən bölüşdürülməsi siyasəti istiqamətində nəticələrin kiçik də olsa pozitivə doğru dəyişməsi ilə bağlı syasəti dəstəkləyə bilər”. 



Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap