Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Qohumları Nurcanın insan alverinin qurbanı olduğunu iddia edirlər - VİDEO

Tarix 23.11.25, 9:25

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 19-da Bakıda yerləşən “Təmiz Dünya” Qadınlara Yardım İB-nin sığınacağında yaşayan 16 yaşlı Nurcan Cəfərova həyatını itirib.

AzFakt.com xəbər verir ki, ölən azyaşlının qohumları APA TV-yə açıqlamasında yeniyetmənin insan alverinin qurbanı olduğunu iddia ediblər.
Qızın babası Nazim Orucovun sözlərinə görə, əgər o dördüncü mərtəbədən yıxılıbsa, onun bədənində hər hansı bir zədə olardı:
“Zəng etdilər ki, uşağınız dördüncü mərtəbədən özünü atıb. Bakıya getdim, qoymadılar üzünə baxım uşağımın. Düşən yeri göstərmədilər. Üzünü açdılar, amma təmiz baxmağa qoymadılar. Mənə dedilər 100 manat nəvənin “yetimpulu”dur. 40 manatı özləri xərcləmişdilər”.

Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İB-nin rəhbəri Mehriban Zeynalova insan alveri iddiaları ilə bağlı bildirib ki, hazırda istintaq davam edir.
Onu bildirək ki, Sosial Xidmətlər Agentliyinin yaydığı məlumata görə, ölən yeniyetmənin atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina edib.

Daha ətraflı:






Xəbərin oxunma sayı : 94




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap