Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Bakıda quyulardan çəkilən çirkab problemi: Tullantıları atmağa yer tapılmır

Tarix 23.11.25, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Bir qrup sürücü quyulardan çəkilən çirkabı boşaltmağa yer tapa bilmir.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddia ilə çirkab maye daşınması ilə məşğul olan şəxslər müraciət ediblər.

El arasında "şambo" kimi tanınan quyulardan çirkab suları xüsusi maşınlarla çəkirlər. Lakin həmin çirkabı atmağa yer tapmırlar. Hətta müxtəlif yerlərə boşaltdıqları vaxt qanunsuz olduğu üçün cərimələniblər.

Sürücülər deyirlər ki, bu çirkab üçün xüsusi yerlər ayrılsa, rahat şəkildə oraya axıda bilərlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, tullantı suları "şambo"lardan çəkən maşınların sahibləri VÖEN təqdim etməklə Bakı Sukanal İdarəsi ilə öncədən müqavilə bağlamalıdırlar. Bu müqavilə əsasında qüvvədə olan tarif qiymətinə uyğun ödəniş edilməklə maşındakı məhlul hər hansı çirkab təmizləyici qurğuların əməkdaşına təqdim edilməlidir. Yükün həqiqətən çirkab su olduğu müəyyənləşdirildikdən sonra maşının sahibi onu təyin olunmuş kanalizasiya kollektoruna axıda bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





Xəbərin oxunma sayı : 109




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap