Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Bakıdan yanmış binanın sakinlərinin aqibəti necə olacaq? - VİDEO

Tarix 23.11.25, 21:18

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Yasamal rayonunda yanğından sonra bina sakinləri təhlükəsizlik məqsədilə içəri buraxılmır. Sakinlər qohum-qardaş evində gecələməli olurlar. Yanğından sonra yaşayış infrastrukturunun yarasız hala düşməsi səbəbindən sakinlər də mənzillərini məcburiyyət qarşısında qalaraq tərk edirlər. 97 mənzilin olduğu 17 mərtəbəli binanın sakinləri iddia edirlər ki, hadisədən 3 gün ötməsinə baxmayaraq binada hələ də təmizlik işləri aparılmayıb.

Xezerxeber.az-ın məlumatına görə, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğının baş verdiyi çoxmərtəbəli yaşayış binasının sakinlərinin bir qisminə mənzillərdən zəruri əşyaları götürmələrinə icazə verilir. Bundan sonra mənzilləri müvəqqəti tərk edirlər.

İşıq, su, elektrik xətləri sıradan çıxıb. 17 mərtəbəli 97 mənzilli binanın sakinləri deyirlər ki, nəinki mənzillər, hətta dəhlizlər belə his-pas içərisindədir.

Yusif Həsənov adlı sakin isə iddia edir ki, hadisə baş verməmişdən bir həftə əvvəl binanın şaxtasını təmizləmək istəyib, lakin zirzəmidəki restoran rəhbərliyi ona bu şəriti yaratmayıb.

Yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Yasamal Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, bina yerli icra hakimiyyətinin balansında deyil.






Xəbərin oxunma sayı : 82




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap