Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

ABŞ, Ukrayna və Rusiya Əbu-Dabidə qapalı danışıqlar aparırlar - “Financial Times“

Tarix 25.11.25, 11:39

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin ordu naziri Den Driskoll Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Rusiya nümayəndə heyəti ilə qapalı danışıqlar aparmaq üçün Əbu-Dabiyə gəlib.

Bu barədə məlumatı "Financial Times" yayıb.

Bildirilir ki, Vaşinqton sülh sazişinə nail olmaq və müharibəni mümkün qədər tez başa çatdırmaq səylərini artırıb. Bazar ertəsi axşamdan başlayan danışıqlar bu gün davam edir.

ABŞ rəsmilərinin məlumatına görə, Driskollun səfəri Cenevrədə keçirilmiş intensiv məsləhətləşmələrin davamıdır, burada ABŞ və Ukrayna Tramp Administrasiyası tərəfindən təklif olunmuş 28 bəndlik mübahisəli planı Kiyev üçün daha məqbul 19 bəndə qədər ixtisar edə biliblər. Amma siyasi cəhətdən daha həssas məsələlər prezidentlər səviyyəsində müzakirə olunmalıdır.

BƏƏ-də görüşlər paralel diplomatik fəaliyyət fonunda keçirilir: Dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff danışıqları öz kanalları ilə aparırlar. Driskollun cəlb edilməsi danışıq kanalının əvəzlənməsi kimi deyil, genişləndirilməsi kimi nəzərdən keçirilir. Vaşinqton nəticə əldə etmək üçün fasiləsiz olaraq 7 gün 24 saat çalışdığını vurğulayır.

Danışıqların üçtərəfli formatda keçirildiyi, yaxud hər bir tərəfin ayrı-ayrılıqda danışıqlar apardığı bəlli deyil. Ağ Ev təfərrüatı şərh etmir, lakin vurğulanır ki, Ukrayna Driskollun marşrutu və vəzifələri barədə tam məlumatlı olub.

Ukraynanın xüsusi əməliyyatlarının əsas siması və Rusiyadakı obyektlərə cəsarətli zərbələrin təşkilatçısı Kirill Budanov Zelenski tərəfindən rəsmi olaraq nümayəndə heyətinə daxil edilib. O, Rusiya strukturları ilə az sayda əlaqə kanallarından birini qoruyub-saxlayıb ki, bu da daha əvvəl irimiqyaslı hərbi əsir mübadiləsini təşkil etməyə imkan verib.



Xəbərin oxunma sayı : 226




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap