“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Prezident İlham Əliyevin çıxışları informasiya müharibəsində həlledici rol oynayıb - Cavid Musayev

Tarix 18.12.25, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün informasiya təhlükəsizliyi məsələsi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib və bu reallıq Qarabağ müharibəsi zamanı açıq şəkildə özünü göstərib...

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti informasiya təhlükəsizliyinin əhəmiyyətini və dezinformasiyaya qarşı mübarizənin vacibliyini öz təcrübəsində aydın şəkildə görüb. Beş il öncə işğal altında olan ərazilərin azad olunması zamanı ölkəmizə qarşı böyük dezinformasiya hücumları edilmişdi.

Cavid Musayev qeyd edib ki, Azərbaycan öz qapılarını xarici media nümayəndələri üçün açdı. Onun sözlərinə görə, bəzi media qurumları qərəzli mövqe tutsa da, onların nümayəndələri Azərbaycana gələrək reallığı yerində gördülər. Azərbaycan dövləti isə hər gün keçirilən mətbuat konfransları vasitəsilə xarici media nümayəndələrinə xronoloji və faktlara əsaslanan məlumatlar təqdim edib.

Çıxışda dövlət rəhbərliyinin roluna da toxunan Cavid Musayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə şəxsən özü 30-dan artıq aparıcı beynəlxalq media qurumuna müsahibə verib. Bu müsahibələr BBC, CNN, “France 24”, “Al Jazeera“, “Al Arabia”, TRT, ARD, “La Figaro” və digər nüfuzlu media platformalarını əhatə edib.

Cavid Musayev vurğulayıb ki, nəticədə Azərbaycan informasiya müharibəsində son dərəcə effektiv mexanizm formalaşdırıb və bu prosesdə Türkiyə mediasının, eləcə də ümumilikdə Türk dünyası mediasının dəstəyi xüsusi əhəmiyyət kəsb edib. O, eyni zamanda yerli media resurslarının və jurnalistlərin fədakar fəaliyyətini də qeyd edib.

Bu nümunələrin xatırladılmasının əsas məqsədinin böhran dövrlərində informasiya təhlükəsizliyinə qarşı yarana biləcək təhdidləri və onlara qarşı mübarizə yollarını göstərmək olduğunu bildirən Cavid Musayev Azərbaycan və Türkiyə arasında 2020-ci ildə yaradılan Birgə Media Platformasının əhəmiyyətini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, artıq beş ildən çoxdur ki, bu platforma çərçivəsində mühüm işlər görülür və əməkdaşlıq davamlı şəkildə genişlənir. Cavid Musayev dezinformasiyaya qarşı mübarizə və informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində platformanın daha da inkişaf etdirilməsi və effektivliyinin artırılması üzərində işlərin davam etdiyini bildirib.

Cavid Musayev Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üçün möhkəm əsasların mövcud olduğunu, ortaq tarix, mədəniyyət və kimliyin bu əməkdaşlığa strateji üstünlük verdiyini qeyd edib. O əlavə edib ki, son illər təşkilat çərçivəsində media və informasiya sahəsində mühüm addımlar atılıb.
Qeyd olunub ki, Azərbaycan bu istiqamətdə ilk dəfə Türk Dövlətləri Təşkilatının media forumuna ev sahibliyi edib, daha sonra informasiya və media üzrə məsul şəxslərin toplantıları keçirilib. Bu tədbirlər dezinformasiyaya qarşı mübarizə və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyini göstərir.

Cavid Musayev vurğulayıb ki, media savadlılığının yüksəldilməsi bu prosesin əsas tərkib hissəsidir. Onun sözlərinə görə, media savadlılığı yalnız informasiyanı oxumaqla məhdudlaşmır, eyni zamanda mənbələrin araşdırılması, məlumatların düzgünlüyünün yoxlanılması və manipulyasiya cəhdlərinin ayırd edilməsi bacarığını əhatə edir.

Xüsusilə gənclər arasında media savadlılığının artırılmasının vacibliyini qeyd edən Cavid Musayev bildirib ki, Azərbaycan dövləti bu sahədə qanunvericilik təşəbbüsləri, institusional islahatlar və beynəlxalq əməkdaşlıq vasitəsilə ardıcıl addımlar atır.

Sonda bildirilib ki, bu gün Azərbaycan beynəlxalq media və informasiya tədbirlərinin mühüm mərkəzlərindən birinə çevrilib və Şuşada keçirilən Qlobal Media Forumları bu prosesin bariz nümunəsidir. (Apa)



Xəbərin oxunma sayı : 379




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap