“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycan benzini Ermənistana neçəyə satır? - Papoyandan açıqlama

Tarix 18.12.25, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


Yaxın günlərdə Azərbaycan yanacağını daşıyan 20 vaqon Ermənistana çatacaq.

Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “News.am”a verdiyi müsahibə zamanı deyib.

Nazir Azərbaycan mediasında yayılan, Azərbaycan benzininin ilk partiyasının artıq Ermənistana yola salındığı barədə xəbərləri təsdiqləyib.
Gevorq Papoyan bildirib ki, Ermənistan tərəfinin əsas məqsədi biznes münasibətlərini münaqişə müstəvisindən çıxararaq ticarət sahəsinə yönəltməkdir.
“Müharibə qurban və itkilər gətirir, ticarət isə rifah yaradır”, – deyə nazir vurğulayıb.

Nazir Azərbaycan yanacağının fasiləsiz təchizatı ilə bağlı Bakı ilə razılaşmanın olub-olmaması sualına müsbət cavab verib. Onun sözlərinə görə, razılaşma mövcuddur, lakin proses gələcək bazar şərtlərindən asılı olacaq.
Azərbaycan yanacağının hansı qiymətə alındığı məsələsinə toxunan Papoyan bunun özəl şirkətlər arasında razılaşdırılan kommersiya məsələsi olduğunu bildirib.
“Qiymətə müdaxilə düzgün deyil. Dövlətin vəzifəsi mühit yaratmaqdır. Misirdən və ya Rusiyadan benzin idxal edərkən də eyni yanaşma tətbiq olunur: hüquqi və müqavilə çərçivəsi yaradılır, siyasi mühit formalaşdırılır, qalanını isə biznes həll edir”, – deyə nazir qeyd edib.

Ermənistan bazarında Azərbaycan benzininin qiymətinin necə formalaşacağı ilə bağlı suala cavab olaraq Papoyan bildirib ki, ilk tədarüklər qeyri-standart olacaq. Onun sözlərinə görə, yalnız bazarda daha sabit vəziyyət yarandıqdan sonra qiymətlərlə bağlı dəqiq fikir söyləmək mümkün olacaq. Nazir vurğulayıb ki, özəl sektorda qiymətlər rəqabət əsasında müəyyən edilir və məqsəd bazarda mümkün qədər çox iştirakçı və müxtəlif mənbələrin təmin olunmasıdır ki, bu da rəqabətin artmasına və qiymətlərin azalmasına gətirib çıxara bilər.
İqtisadiyyat naziri Azərbaycan yanacağını alan özəl şirkətin adını açıqlamayıb. O, bu barədə rəsmi sorğu göndərilməsini tövsiyə edib.

Qeyd edək ki, Gürcüstan hökuməti bir neçə gün əvvəl Azərbaycan neft məhsullarının ilk partiyasının tranziti üçün rüsumdan imtina etdiyini elan edib. Lakin Azərbaycan yanacağının Ermənistana sonrakı daşınmaları ilə bağlı Gürcüstan tərəfi ilə yeni razılaşmanın olub-olmaması barədə Gevorq Papoyan açıqlama verməyib.



Xəbərin oxunma sayı : 109




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap