“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanın kimə və nə qədər borcu var? - SİYAHI

Tarix 04.02.26, 19:10

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Azərbaycanın ümumi dövlət borcu 25 milyard 987,5 milyon manat olub və bunun 8 milyard 183 milyon manatını (4 milyard 813,5 milyon dollar) xarici dövlət borcu təşkil edib.

Yeniavaz.com xəbər verir ki, xarici dövlət borcun ən böyük hissəsi Asiya İnkişaf Bankından alınan kreditlərin payına düşüb. Bu quruma olan borc 1 milyard 702,9 milyon dollar (2 milyard 894,9 milyon manat) səviyyəsindədir.

Qeyd edək ki, xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü aşağıdakı kimidir:

- Asiya İnkişaf Bankı – 1 702,9 milyon dollar (2 894,9 milyon manat);
- Avrobond üzrə investorlar – 1 387,3 milyon dollar (2 358,4 milyon manat);
- Dünya Bankı – 657,1 milyon dollar (1 117,1 milyon manat);
- İslam İnkişaf Bankı – 230,2 milyon dollar (391,3 milyon manat);
- Avropa Yenidənqurma və İnkişaf Bankı – 216,4 milyon dollar (367,9 milyon manat);
- Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi – 150,7 milyon dollar (256,2 milyon manat);
- Asiya İnfrastruktur və İnvestisiya Bankı – 78,6 milyon dollar (133,6 milyon manat);
- Digər kreditorlar – 390,3 milyon dollar (663,6 milyon manat).

Onu da qeyd edək ki, xarici dövlət borcunun 58,2%-i 5 ilə qədər olan müddətdə, 36,1%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,7%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Xarici dövlət borcunun 85,7%-i ABŞ dolları, 6,4%-i avro, 3,2%-i XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 3,1%-i yapon yeni, 1,6%-i isə digər valyutalarla alınıb.



Xəbərin oxunma sayı : 187




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap