“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Şöbə müdiri nə üçün işdən çıxır? - Səs yazısı yayıldı - VİDEO

Tarix 04.02.26, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkələrdə Bakı Texniki Kollecində tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunduğu ilə bağlı iddialar yayılıb...

AzFakt.com xəbər verir ki, tələbələrdən birinin Bizim.media-ya bildirdiyinə görə, onlar qiymətlərini öyrənmək istədiklərində Nəqliyyat və logistika şöbəsinin müdiri Elçin Haqverdiyev şöbəyə gəlmələrini və pul vermələrini tələb edib.

"Kollecdə sistemli rüşvətxorluq və imtahan saxtakarlığı halları baş verir. Tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunur. Pul verməyənlər qəsdən kəsilir. Pul verən tələbələr imtahandan əvvəl ayrı otaqda sual və cavabları yazır, imtahanda isə formal olaraq otururlar. Sonradan cavab vərəqləri dəyişdirilir və maksimum qiymət alırlar. Şöbə rəhbərliyi qiymət jurnalına birbaşa müdaxilə edir. Tələbələr öz qiymətlərini öyrənmək istəyəndə "şöbəyə gəlin" deyilir və nəticədə şöbədə onlardan pul istənilir", - deyə iddialarda qeyd olunub.

Mövzu ilə bağlı Bakı Texniki Kollecinin tədris işləri üzrə direktor müavini Cəlal Qardaşov açıqlamasında rüşvət iddialarını təkzib edib: "Elə bir şey yoxdur. Tələbə də gəncdir, onun da özünün iddiaları var. O iddia təsdiq olunmadı, amma digər məsələlər həll olundu. Tələbənin valideyni ilə də görüşdük. Tələbədir, qiyməti vaxtında öyrənə bilməyib. O da olan işdir".

Kollec rəsmisi bildirib ki, adıçəkilən şöbə müdiri Elçin Haqverdiyev işdən öz ərizəsi ilə çıxarılıb.

"Bəs əgər rüşvət halı yoxdursa, Elçin Haqverdiyev nə üçün işdən çıxır?" sualına C. Qardaşov belə cavab verib: "Elçin Haqverdiyev tələbələrin qiyməti vaxtında elan olunmadığı üçün işdən çıxdı".






Xəbərin oxunma sayı : 331




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap