“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Nar” və Azərbaycan Gənclər Fondu “GəncVİZYON” layihəsinə start verir

Tarix 03.02.26, 20:16

Font ölçüsü : - / +
bitmap-img6


Sərfəli mobil operator “Nar” Azərbaycan Gənclər Fondunun təşkil etdiyi, Gənclər Gününə həsr olunmuş “GəncVİZYON” ideyatonunun əsas tərəfdaşı qismində çıxış edəcək. Gənclərin düşüncə potensialının inkişafını və gələcəyə dair ideyalarının formalaşdırılmasını hədəfləyən layihə Azərbaycan gənclərini bir araya gətirərək onların bilik və bacarıqlarını nümayiş etdirməsi üçün imkan yaradır. “GəncVİZYON” gənclərin ideyalarını konseptual səviyyədə formalaşdıraraq təqdim etməsi üçün açıq və yaradıcı platforma rolunu oynayır.

Layihə çərçivəsində iştirakçılar komandalar şəklində gələcəyin təhsili və bacarıqlar, gənclərin məşğulluğu və sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər və könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək kimi istiqamətlər üzrə ideyalar üzərində çalışacaq, mentorların dəstəyi ilə bu ideyaları inkişaf etdirərək münsiflər heyətinə təqdim edəcəklər. 18–29 yaş arası gənclərin iştirak etdiyi ideyatonun ideyaların formalaşması mərhələsi 4 fevral tarixində Bakı Konqres Mərkəzində baş tutacaq, final mərhələsi isə 6 fevralda keçiriləcək. Tədbir gənclərə komanda işi bacarıqlarını inkişaf etdirmək, peşəkar mentorlarla birbaşa ünsiyyət quraraq onların təcrübəsindən faydalanmaq və yaradıcı mühitdə öz baxışlarını təqdim etmək imkanı verəcək.

“Nar”ın bu layihəyə əsas tərəfdaş kimi qoşulması şirkətin korporativ sosial məsuliyyət strategiyasının mühüm tərkib hissəsidir. Mobil operator bu kimi təşəbbüslərlə gənclərin cəmiyyətin və ölkənin gələcək inkişafında fəal rol almasını dəstəkləyərək inklüziv və davamlı sosial mühitin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyur.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap