“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bakı sakini “Efendiler Group“dan aldığı avtomoildə nöqsan olduğunu iddia edir - VİDEO

Tarix 03.02.26, 22:15

Font ölçüsü : - / +
bitmap-img6


Bakı sakini rəsmi servisdən aldığı ``Lİ-9`` markalı avtomobilinin avto-parkinq rejminin nöqsanlı olduğunu iddia edir.

Çünki maşın avto-parkinq rejmi ilə qaraja daxil olan zaman maneyə çatanda dayanmayıb və divara çırpılıb. Xezerxeber.az-ın məlumatına görə, bu hadisə paytaxt sakini Söhrab Cabbarovun başına gəlib.

Sürücü iddia edir ki, Çin istesahlı olan ``Lİ-9`` markalı avtomobili özlərini rəsmi diler kimi təqdim edən şirkətdən alıb. Özü də bazar qiymətindən baha alıb ki, servis zəmanəti var. 

Qəza anı həm avtomobilin video-qeydiyyat cihazına, həm də həyətdə olan müşahidə kamerasına düşüb.

Sürücü iddia edir ki, avtomobildəki avto-parkinq rejmi istehsalçı tərəfindən nöqsanlı olub. Yəni işləmədiyindən qəza baş verib. Onun sözlərinə görə, avto-parkinq funksiyasından istifadə etdikdə, avtomobil əvvəlcə qarajda yerini müəyyən edib daha sonra hərəkətə başlayıb. Amma qaraja daxil olandan sonra dayanmayıb. Nəticədə ona təxminən 3200 manat ziyan dəyib. 

Məsələ ilə bağlı avtomobilin alındığı ``Əfəndilər Qrup"dan da mövqe öyrəndik. Şirkətin təmir-bərpa şöbəsinin müdiri Cəlal İmanov ``Xəzər Xəbər``ə bildirdi ki, avtomobildə avto-parkin rejimində problem yoxdur və belə olduqda servis qaydalarına əsasən zərər qarşılanmır.

Cəlal İmanov rəsmi diler məsələsinə də aydınlıq gətirdi. Şöbə müdiri dedi ki, onların şirkəti ötən ilin dekabr ayından ``Lİ``nin Azərbaycanda rəsmi dileridir və açılış mərasiminə istehsalçı zavodun rəsmiləri də qatılıblar.

Zərərçəkmiş Söhrab Cabbarov isə deyir ki, şirkət ona dəymiş zərəri ödəməsə, məhkəməyə müraciət edəcək.





Xəbərin oxunma sayı : 208




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap