“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Yer kürəsində artıq dörd fəsil mövcud deyil“ - Araşdırması

Tarix 25.12.25, 10:24

Font ölçüsü : - / +
bitmap-img6


Avstraliya alimlərinin iddiasına görə, Yer kürəsində artıq dörd fəsil mövcud deyil və hazırda onların sayını ayırd etmək də çətindir.

AzFakt.com xəbər verir ki, Avstraliyanın Elm və Sənaye Tədqiqatları Birliyinin müvafiq araşdırması "Live Science" jurnalında nəşr olunub.

Tədqiqatın həmmüəllifi, ekoloq Drü Terasaki Hart bildirib ki, xüsusilə tipik yerli mövsümi siklin forması və vaxtının landşaft boyu çox dəyişdiyi bölgələrdə fəsilləri müəyyən etmək çətindir:

"Bunun həmin regionların ekologiyası və təkamülü üçün dərin təsirləri ola bilər".

Onun sözlərinə görə, tədqiqatçılar son 20 ilin peyk məlumatlarından yararlanaraq, dünya üzrə təxmini mövsümi ritmlərin xəritəsini tərtib ediblər. Bu xəritə göstərir ki, hətta bəzi yaxın bölgələrdə belə mövsümi dəyişikliklərin, məsələn, vegetasiya mövsümünün başlanğıcı və sonu arasında kəskin vaxt fərqi var.

Məsələn, tropik bölgələrdə və ya isti Aralıq dənizi iqlimi olan dağ yamaclarında fərqlər özünü büruzə verir.

Hartın sözlərinə görə, bu, o qədər də təhlükəli deyil: "Əksinə, fərqlər müəyyən ekosistemlərdə yüksək biomüxtəlifliyə, yeni növlərin inkişafına və hətta, məsələn, Kolumbiyada müxtəlif sort qəhvələrin yetişməsinə kömək edə bilər".



Xəbərin oxunma sayı : 379




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap