“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Əlixan Rəcəbov tütün reklamı etdi - Şirkət cərimələndi-Foto

Tarix 23.12.25, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda sosial şəbəkələrdə “Smoking Azerbaijan” səhifəsində tütün və tütün məmulatlarını reklam edən şirkət cərimələnib.

AzFakt.com “Qaynarinfo”ya istinadən xəbər verir ki, “TTC GROUP” (The Tobacco Company) MMC İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib, işə məhkəmədə baxılıb.

Məlum olub ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 72/74, mənzil 95 ünvanında yerləşən “TTC GROUP” MMC-nin “Smoking Azerbaijan” adlı instaqram səhifəsində reklamı qadağan olunmuş tütün və tütün məmulatları reklam edilir.

Məhkəmə iclasında şirkətin nümayəndəsi bildirib ki, onlar bu cür paylaşımın inzibati xəta olduğunu bilməyiblər. Digər səhifələr bu tip reklam paylaşıb və onlar da buna görə paylaşıma başlayıblar.

Məhkəmənin qərarı ilə “TTC GROUP” MMC inzibati xətanı törətməkdə təqsirli bilinib və 1000 manat cərimələnib.

Bildirilib ki, “Smoking Azerbaijan” səhifəsində tütün məhsullarının reklamına məşhur bloqer və aktyorlar da cəlb edilib. 1000 manatlıq cəriməyə isə bloqer və aktyor Əlixan Rəcəbovun son reklam çarxı səbəb olub.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Turan Mahmudzadədir.







Xəbərin oxunma sayı : 169




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap