“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Yerli bazarlarda kahı böhranı - ARAŞDIRMA

Tarix 21.12.25, 10:55

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 901,4 min ABŞ dolları dəyərində 1 268,8 ton kahı gətirilib. Bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 faiz, kəmiyyət olaraq, 22 faiz çoxdur. Hesabat dövründə Azərbaycan İrandan 894,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çox) 1 268,1 ton (+23 %), İspaniyadan 5 min ABŞ dolları dəyərində 0,5 ton (bir il əvvəl tədarük olmayıb), Niderlanddan 0,9 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 0,35 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərindən 0,2 min ABŞ dolları dəyərində 0,03 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan səkkiz il beş aylıq fasilənin ardından Almaniyadan da kahı tədarükünü (0,15 min ABŞ dolları dəyərində 0,01 ton) bərpa edib.

Maraqlıdır, Azərbaycan kahıya olan tələbatını niyə yerli istehsal hesabına təmin edə bilmir? Bəlkə xaricdən gətirilən kahının başqa fərqli xüsusiyyətləri var?

AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Yerli bazarlarda kahı böhranı: Almaniyadan tədarük qiymətlərə təsir edəcək?

"Son illərdə kahıya tələbat xeyli artıb"

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyevin sözlərinə görə, ölkəmizdə kahıya tələbat son illərdə xeyli artıb: "Kahıdan xüsusilə salatlarda istifadə olunur. Kahının tərkibi vitaminlərlə kifayət qədər zəngindir. Bu səbəbdən tələbat çoxdur. Biz də kahılar üzərində tədqiqatlar aparırıq. Gələcəkdə yeni kahı sortları təqdim edəcəyik. Bu, yəqin ki, yeni ildə baş tutacaq".

E.Allahverdiyev bildirdi ki, idxal mövsümlə əlaqədardır: "Bizdə havalar soyuq olanda, məsələn, qışda, kahı idxal etdiyimiz ölkələrdə havalar isti olur. Kahı mülayim iqlim qurşaqlarında becərilir deyə, həmin dövrdə həmin ölkələrdən alıb Azərbaycana gətiririk. Gətirilən kahıların hamısı istehlak üçündür".

Yerli bazarlarda kahı böhranı: Almaniyadan tədarük qiymətlərə təsir edəcək?

"Bu məhsulu daha çox restoranlar istifadə edir"

Kahı istehsalı ilə məşğul olan Bəxtiyar Quliyev isə deyir ki, bu məhsulu əsasən restoranlar istifadə edir: "Kahının ən çox istifadə olunan növü "aysberq" adlanır. Kələm formasındadır. İdxal edildikdə də ölkəyə xaricdən ən çox bu növ gətirilir. Bu məhsula gündəlik tələbat 10 tona yaxındır. Digər növ adi kahıdır. Salatların altına qoyulur. "Batavia kahısı" adlanır. Başqa bir növü qırmızı kahıdır. "Lollo Rosso" adlanır. "Kos romaine" deyilən növ də var. Bu, "sezar" salatı hazırlanarkən istifadə olunur. Dadı bir az acıdır. Roka deyilən bitki də kahı növünə aiddir. İtalyan və türk rokası olaraq ayrılır. Bütün bu növlərin hamısını istehsal edə bilirik. Amma istehsal mövsüm üzrə olur. Bu məhsula istilik də vermək olmur. Məsələn, hazırda Türkan kəndində "aysberq" əkirik. "Batavia" və "Lollo Rosso" il boyu mövcud olur. Ona görə onları xaricdən gətirmirik".

"Yerli məhsul iki dəfə ucuzdur"

B.Quliyev deyir ki, xaricdən kahı həm toxum, həm məhsul şəklində gətirilir: "Məhsul olmayanda, çətin tapılanda, daxili tələbatı ödəyə bilmədikdə xaricdən gətiririk. Ölkəmizə kahı əsasən İrandan gəlir. Niderland, Almaniyadan da idxal olunur. Toxum kimi də gətirilib, əkilir. İdxal edilən kahı ilə yerli kahı arasında ciddi bir fərq olmur. Dadları da fərqlənmir. Çünki sortları eynidir. Amma yerli istehsal daha etibarlı hesab edilir. Qiymətə gəlincə, hazırda bazarda yerli məhsul gətirilmədən iki dəfə ucuzdur".

Yerli bazarlarda kahı böhranı: Almaniyadan tədarük qiymətlərə təsir edəcək?

"Almaniyadan tədarük daimi və mütəmadi bir idxal deyil"

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, uzun illərdən sonra yenidən alman kahısına yönəlməyimizin səbəbləri var: "Alman kahısı çox vaxt daha sərt və uzunömürlü olur, yəni soyuducuda daha uzun müddət saxlanıla bilir. Dad və toxuması yerli kahılardan fərqlənir, bəzi növlər daha yüngül acı və ya qıvrım yarpaqlıdır. Ticarət standartlarına uyğun yetişdirildiyi üçün görünüşü və keyfiyyəti daha sabitdir, bu da supermarket və restoran tələbləri üçün önəmlidir. Alman kahısı xüsusilə keyfiyyət və saxlanma müddəti ilə seçilir və idxal həcmi çox kiçik olduğundan istehlak üçün nəzərdə tutulur".

A.Nəsirlinin fikrincə, İran kahısı daimi idxal edilsə də, alman kahısının idxalı yenidən dayandırıla bilər: "Almaniyadan gətirilən kahı həcmi çox kiçikdir (0,01 ton, 0,15 min ABŞ dolları). Toxumçuluq məqsədli idxal adətən daha böyük həcmlərdə və xüsusi qeyd ilə həyata keçirilir. Almaniyadan tədarük 8 il beş aylıq fasilədən sonra bərpa olunub, yəni bu, daimi və mütəmadi bir idxal deyil, daha çox xüsusi sifariş və ya tələbat əsasında baş verib. İran və digər ölkələrdən isə idxal daha kütləvi və mütəmadi xarakter daşıyır".

Yerli bazarlarda kahı böhranı: Almaniyadan tədarük qiymətlərə təsir edəcək?

Beləliklə, Azərbaycanda kahı istehsalı mövcud olsa da, mövsümi amillər, yüksək gündəlik tələbat və bəzi növlərin qış aylarında yetişdirilməsinin mümkün olmaması idxalı qaçılmaz edir. Almaniyadan gətirilən kahı isə kütləvi bazar üçün deyil, əsasən restoran və xüsusi istehlak seqmenti üçün nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 118




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap