“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Tibbi müayinədən yayınan çağırışçıları nə gözləyir? - VİDEO

Tarix 20.12.25, 22:30

Font ölçüsü : - / +
bitmap-img6


Müəyyən xəstəliklərə görə hərbi xidmətə yararsız hesab edilənlər hazırda müalicəyə cəlb olunurlar. Bu proses çərçivəsində çağırışçılara TƏBİB tərəfindən tibbi müayinə üçün konkret tarix və tibb müəssisəsi müəyyən edilir. Ancaq təyin olunan vaxtda müvafiq tibb müəssisəsinə gəlməyən şəxslər üçün məsələ artıq təkcə tibbi yox, hüquqi müstəvidə də qiymətləndirilir.

Xezerxeber.az-ın xəbərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin ictimaiyyətlə iş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyir ki, bəzi hallarda bunu edən şəxslər barəsində cərimə sanksiyası tətbiq edilməklə yanaşı, ictimai işlər də tətbiq oluna bilər.

Belə şəxslər barəsində işin hallarından və xətanı törədən şəxsin xüsusiyyətlərindən asılı olaraq 160 saatdan 240 saatadək ictimai işlər nəzərdə tutulur.

Eyni zamanda qanunvericilikdə çağırışçı üçün müəyyən imkan da saxlanılır. Belə ki, inzibati xəta üzrə iş məhkəməyə göndərilməzdən əvvəl şəxs könüllü şəkildə müvafiq quruma müraciət edərsə, çağırışçı inzibati məsuliyyətdən azad oluna bilər.

Eyni əməllər müharibə dövründə törədildikdə isə cəza daha da sərtləşir. Bu halda qanunvericiliyə əsasən 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.






Xəbərin oxunma sayı : 31




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap