“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İran Rusiyaya 4 milyard dollarlıq silah satıb - Ballistik raketlər və PUA-lar

Tarix 13.01.26, 18:51

Font ölçüsü : - / +
bitmap-img6


Son illərdə İran Rusiyaya balistik və zenit raketləri daxil olmaqla, silah tədarük edib. Tədarük müqavilələrinin ümumi dəyəri təxminən 2,7 milyard dollar təşkil edib.

Bu barədə “Bloomberg” agentliyinin qərb kəşfiyyat mənbələrinə istinadla yaydığı məlumatda qeyd olunur.

Məlumata görə, müqavilələr 2021-ci ilin oktyabrından etibarən imzalanıb – bu, Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən bir neçə ay öncə baş verib. Bu müqavilələr çərçivəsində Rusiyaya yüzlərlə “Fəth-360” tipli qısa mənzilli balistik raketlər, təxminən 500 digər qısa mənzilli balistik raket və 200 zenit raketi göndərilib.

Bundan əlavə, İran Rusiyaya milyonlarla patron və mərmi, həmçinin “Şahed-136” pilotsuz uçuş aparatları tədarük edib. “Bloomberg”in məlumatına görə, İrandan alınan texnologiya sayəsində Rusiya bu pilotsuz aparatları ölkə daxilində “Geran-2” adı ilə istehsal edə bilir. Bu kontraktın dəyəri 1,75 milyard dollar olaraq açıqlanıb. Sözügedən pilotsuz uçuş aparatları Ukraynaya qarşı həyata keçirilən hücumlarda aktiv istifadə olunur.

Qərb mənbələrinin qiymətləndirməsinə görə, 2021-ci ilin sonundan bu yana Rusiya İrandan silah və texnologiya alışı üçün 4 milyard dollardan çox vəsait xərcləyib.

Moskva və Tehran bu məlumatı şərh etməyib.

Xatırladaq ki, ilk dəfə 2022-ci ilin payızında “The Washington Post” qəzetində yayımlanan məlumatlarda İranın Rusiyaya “Şahed-136” dronlarına əlavə olaraq qısa mənzilli raketlər verə biləcəyi qeyd olunmuşdu. 2024-cü ilin fevralında isə İran 2024-cü ilin yanvarından Rusiyaya təxminən 400 “Fəth-110 Zulfəqar” balistik raketi tədarük edib; bu raketlərin uçuş məsafəsi 700 km-ə qədərdir.

Bəzi mənbələr bildirir ki, 2024-cü ilin sentyabrında İran Rusiyaya daha 200-dən çox “Fəth-300” və ya “Fəth-360” balistik raketi verib. 2025-ci ilin mayında isə Rusiyaya “Fəth-360” raketlərinin buraxılış qurğuları tədarük olunması planlaşdırılıb.

İran hökuməti isə balistik raketlərin Rusiyaya verilməsini inkar edir və “Şahed” dronlarının müharibədən öncə tədarük edildiyini bildirir.

2025-ci ilin yanvarında Rusiya və İran arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Lakin bu sənəddə, Şimali Koreya ilə olan müqavilədən fərqli olaraq, bir-birinə hərbi yardım öhdəliyi nəzərdə tutulmayıb.



Xəbərin oxunma sayı : 508




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap