“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İranın əsas ixrac tərəfdaşları kimlərdir? - SİYAHI

Tarix 14.01.26, 18:11

Font ölçüsü : - / +
bitmap-img6


İran ilə hazırda 100-dən çox ölkə ticarət əlaqələri qurur.

Yeniavaz.com “Trade Data Monitor”a istinadən xəbər verir ki, Çin 2025-ci ilin oktyabr ayına qədər 14 milyard dollardan çox dəyərdə İran malları alaraq bu ölkənin ən böyük ixrac tərəfdaşı mövqeyini qoruyub.

Statistikaya əsasən, Çindən sonra ikinci yerdə İraq qərarlaşıb. İranın İraqa ixracı 10,5 milyard dollar təşkil edib. Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə də İran məhsullarının əsas istehlakçıları sırasındadır. Xüsusilə Türkiyəyə ixracda ciddi artım qeydə alınıb. Belə ki, ötən il bu göstərici 7,3 milyard dollara çatıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə İrandan Türkiyəyə ixracın həcmi 4,7 milyard dollar olub.

2025-ci il üzrə İranın ən böyük ixrac tərəfdaşları arasında Əfqanıstan (2,5 milyard dollar), Pakistan (2,4 milyard dollar), Oman (1,8 milyard dollar), Hindistan (1,7 milyard dollar), Rusiya (1,2 milyard dollar) və Türkmənistan (700 milyon dollar) da yer alır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla işgüzar əlaqələr quran ölkələrə qarşı sərt addım atılacağını bəyan edib. O bildirib ki, bu ölkələr ABŞ ilə ticarətdə 25% rüsumla üzləşəcəklər. Yeni sanksiyaların əsas hədəfinin Çin olduğu vurğulanır.

Qeyd olunur ki, Çin illərdir İranın ən böyük ticarət tərəfdaşı və əsas enerji alıcısıdır. 2025-ci ilə qədər Çin İranın ixrac etdiyi neftin 80%-dən çoxunu alıb ki, bu da Tehranın xarici valyuta ehtiyaclarının böyük hissəsini məhz Pekin vasitəsilə qarşılaması deməkdir. Eyni zamanda, Çin İran idxalının təxminən 29%-inə nəzarət edərək ölkəni ağır sənaye avadanlıqları, elektronika və nəqliyyat vasitələri ilə təmin edir.

Analitiklərin fikrincə, mümkün sanksiyalardan ən çox zərər görəcək ölkələr sırasında Türkiyə və Hindistan da var. Türkiyə İran üçün Qərb mallarına çıxış baxımından mühüm rol oynayır, Ankara üçün isə İranın enerji ehtiyatları strateji əhəmiyyət daşıyır.



Xəbərin oxunma sayı : 187




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap