Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

İsmayıl Qaani həftələr sonra ortaya çıxdı - Casusluqda ittiham olunduğu iddia edilirdi

Tarix 31.03.26, 11:29

Font ölçüsü : - / +
bitmap-img6


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani haqqında irəli sürülən casusluq iddiaları fonunda, o, həftələr sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq sosial şəbəkədə diqqət çəkən paylaşım edib.

Yaxın Şərqdə gərginliyin artdığı və hərbi toqquşmaların bir aydır davam etdiyi bir vaxtda, İsrail kəşfiyyatı ilə əlaqədə olmaqda ittiham olunan Qaani uzun müddət ictimaiyyətdən uzaq qalmışdı. Onun hətta casusluq səbəbilə edam edildiyi barədə iddialar da yayılmışdı, lakin Tehran bu məlumatları təsdiqləməmişdi.

İran mediasının məlumatına görə, Qaani "X" platformasındakı hesabından açıqlama verib. 

Paylaşımında o bildirib:“Benyamin Netanyahu bölgədə təhlükəsizlik zolağını genişləndirməyi xəyal edirdi. Lakin şimalda Hizbullah, cənubda isə Ənsarullahın (husilərin) hücumları bu planları puça çıxardı. Müqavimət cəbhəsi artıq vahid məkandadır. Regionun yeni düzəninə alışın”.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevral tarixində İran ərazisinə hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, BƏƏ və Bəhreyndə müəyyən hədəflərə zərbələr endirib. Qarşıdurmalar nəticəsində çox sayda yüksək vəzifəli şəxsin öldüyü bildirilir.



Xəbərin oxunma sayı : 433




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap