Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Tanınmış baş həkim qastroenteroloq yox, pediatr imiş... - Ciddi nöqsanlar aşkarlandı

Tarix 31.03.26, 14:57

Font ölçüsü : - / +
bitmap-img6


Yasamal rayonu ərazisində yerləşən "Doktor Davud” klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, klinikanın direktoru, tanınmış həkim Davud Qüdrətovun ixstisasına uyğun fəaliyyət göstərmədiyi məlum olub.

Belə ki, Davud Qüdrətov ixtisasca pediatr olsa da, bu sahə üzrə sertifikasiyasından keçsə də, klinikaya müraciət edən xəstələrə qastroenteroloji tibbi xidmət göstərib.

Bundan başqa, yoxlama aparılarkən həkim-dermatoloqun fəaliyyətini qiymətləndirmək mümkün olmayıb. Eyni zamanda lisenziyada ixtisas növləri verilən terapevtik, qastroenteroloji, nevropatoloji, ginekoloji işlər üzrə təqdim edilən davamiyyət sənədlərinə əsasən ixtisaslı mütəxəssisin olmadığı müəyyən edilib.

Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı klinikada klinki-biokimyəvi laboratoriyanın sahələri sanitar-epidemioloji qaydaların tələblərinə uyğunlaşdırılmadığı üzə çıxıb.

Qeyd edək ki, nazirlik tərəfindən "Doktor Davud” klinikası ilə bağlı protokol tərtib edilərək baxılıması üçün məhkəməyə göndərilib. Klinika məhkəmə qərarı ilə 6000 manat cərimələnib.



Xəbərin oxunma sayı : 454




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap