“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda dəhşətli qəza: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı-Ölənlər var

Tarix 31.07.26, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzFakt.com "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tərtər rayonunun Köçərli kənd sakini, 1979-cu il təvəllüdlü Şamilzadə Anar Cəfər oğlunun idarə etdiyi "Mercedes Atego" markalı yük maşını yol kənarında dayanan, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Tural Cəlal oğluna məxsus "Chevrolet Cobalt" markalı minik avtomobilinə çırpılıb.

Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda dayanan iki piyadanı vurub.

Nəticədə piyadalardan biri Göyçay rayon sakini 1993-cü il təvəllüdlü İsa Rüfət oğlu Məmmədov hadisə yerində, minik avtomobilinin sərnişini, Samux rayon sakini 2002-ci il təvəllüdlü Yusif Xudaya oğlu Quliyev isə xəstəxanaya aparılarkən yolda ölüb.

Minik avtomobilinin sürücüsü T.Məmmədov və sərnişinlər Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Elnur Fərəcullayev və 1985-ci il təvəllüdlü Elmir Əsgərli Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 550




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap