“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İxtisas qruplarında keçid balı necə dəyişəcək? - Sədr açıqladı

Tarix 31.07.26, 15:59

Font ölçüsü : - / +
bitmap-img6


“İlkin təhlillər göstərir ki, müsabiqə vəziyyəti ixtisas qrupları üzrə fərqlənir”.

AzFakt.com APA-ya istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, I ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1–2 bal azalacağı gözlənilir:
“500–600 bal intervalında keçid ballarında təxminən 16 baladək azalma ola bilər. 400–500 bal intervalında isə təxminən 5 bal azalma proqnozlaşdırılır. 400 baldan aşağı intervallarda isə məzun və kvota sayındakı dəyişikliklər səbəbindən keçid ballarının artacağı gözlənilir”.

DİM sədri qeyd edib ki, II ixtisas qrupu üzrə əksər bal intervallarında keçid ballarında 1–3 bal azalma gözlənilir:
“300–400 bal intervalında azalma 12 baladək çata bilər. 200–300 bal intervalında isə məzun və kvota sayının artması səbəbindən keçid ballarının 3–4 bal yüksəlməsi mümkündür.
III ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3–4 bal azalma ola bilər. 500–600 bal intervalında isə keçid ballarının 3–4 bal artacağı gözlənilir. 200–500 bal aralığında yerləşən ixtisaslarda keçid ballarında 1–8 bal artım proqnozlaşdırılır”.

M. Abbaszadə bildirib ki, IV ixtisas qrupunda rəqabət daha yüksəkdir:
“Hazırkı məlumata görə, 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1000 nəfərdən çoxdur. Nəticədə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 15–17 baladək artım mümkündür. 500–600 bal intervalında da keçid ballarının yüksələcəyi gözlənilir. 400–500 bal intervalında keçid ballarının əsasən ötənilki səviyyədə qalacağı ehtimal edilir. 200–300 bal intervalında isə keçid ballarının aşağı düşməsi gözlənilir”.

O qeyd edib ki, hazırda təqdim olunan statistika ilkindir və iki cəhdin nəticələrinə əsaslanır: “Dəqiq statistika yekunlaşdıqdan sonra dərc ediləcək. Hər bir abituriyent həmin statistikaya əsasən öz bal intervalında vəziyyətin ötən illə müqayisədə necə dəyişdiyini qiymətləndirə biləcək”.



Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap