“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Dəyən ziyandan 30 min manat ödəmişəm“ - Sabiq məmur məhkəmədə ittihamlara cavab verdi

Tarix 03.08.26, 14:33

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

AzFakt.com APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehdi Əmrahov ifadə verib.

Təqsirləndirilən şəxs bildirib ki, ittihamlar üzrə özünü qismən təqsirli bilir.

O, dövlət ittihamçısının binanın tikintisi ilə bağlı keçirilən tenderlə bağlı sualına cavab olaraq bildirib ki, tender qaliblərinin seçilməsi ilə əlaqəsi olmayıb, bununla mühasib məşğul olub.

Prokuror əlaqəsi olmadığı təqdirdə istintaq zamanı dəyən ziyanın 160 min manatını niyə ödədiyini soruşub. Təqsirləndirilən bunu bilmədiyini, dəyən ziyandan 30 min manat ödədiyini bildirib.

Daha sonra kadrlar şöbəsinin əməkdaşı Yeganə Eyvazova iş üzrə şahid qismində ifadə verib.

Məhkəmənin növbəti prosesi 21 sentyabra təyin edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.

İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Zərəçəkən qismində Səhiyyə Nazirliyi tanınıb.

Mehdi Əmrahov məhkəmənin ilk prosesində məhkəmə zalında həbs edilib.



Xəbərin oxunma sayı : 418




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap