“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ABŞ İrəvanı Bakı ilə razılığa gəlməyə necə inandıra bilib? - Yeni İDDİA

Tarix 05.09.26, 10:25

Font ölçüsü : - / +
bitmap-img6


Vaşinqtonun İrəvanı Bakı ilə ilkin sülh razılaşmasına imza atmağa inandırması, digər məsələlərlə yanaşı, həm də "Nvidia" süni intellekt mikroçiplərinə çıxış vədi sayəsində mümkün olub.

AzFakt.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri danışıqlar prosesində iştirak edən mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Hrazdan şəhərindəki "Firebird" məlumat mərkəzi üçün çiplərin alınmasına genişləndirilmiş icazələrin verilməsi İrəvan üçün əsas stimullardan biri olub. ABŞ-li diplomatlar hesab ediblər ki, Birləşmiş Ştatlarla daha sıx iqtisadi əlaqələr təklif ediləcəyi təqdirdə Ermənistanın sülh prosesinə razılıq vermək ehtimalı artacaq. Qəzet qeyd edib ki, bu addım güclü "Nvidia" çiplərinin alınmasına icazənin verilməsini də əhatə edirdi.

"Firebird" layihəsinin müəllifləri 2027-ci ilin sonuna qədər sözügedən məlumat mərkəzində 70 min ədəd ən yeni "Nvidia Grace Blackwell" və "Vera Rubin" süni intellekt serverlərini yerləşdirməyi planlaşdırırlar.

ABŞ-nin Ermənistandakı keçmiş səfiri Kristina Kvin nəşrə açıqlamasında bildirib ki, "Nvidia" şirkəti bu sövdənin çox vacib bir detalı olub.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün bərqərar olması, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılıb.

TRIPP layihəsi Ermənistanın Sünik vilayətindən keçəcək strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.

İqtisadi xarakter daşıyan bu təşəbbüsə dəmir yolu, avtomobil magistralı, neft və qaz kəmərləri, həmçinin optik-lifli rabitə xətlərinin inşası daxildir. Layihənin icrası Ermənistan qanunvericiliyinə uyğun olaraq, heç bir hərbi komponent olmadan ABŞ şirkəti tərəfindən həyata keçiriləcək. Plana əsasən, Birləşmiş Ştatlar layihənin icrası üçün 99 ilə qədər eksklüziv hüquqlar əldə edəcək və bəzi sahələri infrastrukturun inkişafı və təhlükəsiz istismarına cavabdeh olacaq beynəlxalq konsorsiuma subicarəyə vermək imkanına malik olacaq.(oxu.az)



Xəbərin oxunma sayı : 616




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap