“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Niyam Salaminin restoranlarında əməliyyat - Müğənni cərimələndi

Tarix 21.06.21, 15:23

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Niyam Salamiyə məxsus restoranlar cərimələnib. 

Sumqayıt şəhərində fəaliyyət göstərən "Salam-İ” restoranında (keçmiş "Turan Eli” ) şənbə günü xüsusi karantin rejimi kobud şəkildə pozularaq gizli toy mərasimi keçirilib. Hüquq- mühafizə orqanlarının əməkdaşları məkanda əməliyyat keçiriblər. Nəticədə toy sahibləri, qonaqlar və restoranın işçi heyəti polis şöbəsinə aparılıb. N. Salami beş min manat, məkanın administratoru 200 AZN dəyərində cərimələnib.  

Üç gün əvvəl isə sənətçinin Novxanı qəsəbəsində yerləşən "Salam-İ” restoranında Daxili İşlər Nazirliyi və  Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən reyd aparılıb. Monitorinq zamanı qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub və iaşə obyekti 400 manat dəyərində cərimələnib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Anar Qafarov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində yerləşən "Salam-İ” restoranında toy şənliyinin keçirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.

Həmin məkana polis əməkdaşları tərəfindən baxış keçirilib. Məlumat yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən obyektin icarədarı Masallı rayonunda qeydiyyatda olan Niyaməddin Səfərov (Niyam Salami-red) barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 5000 manat, restoranın administratoru Orxan Nadirov barəsində 200 manat inzibati tənbeh tədbiri görülüb.



Xəbərin oxunma sayı : 565




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap