“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır? - VİDEO

Tarix 13.04.21, 9:47

Font ölçüsü : - / +
bitmap-img6


Oruc tutan şəxslərin imsak etməsi və imsakdan yarım saat əvvəl 4-5 stəkan su içməsi lazımdır.

AzFakt.com xəbər verir ki, Bunu ARB24-ün "İş vaxtı” verilişinə açıqlamasında həkim-dietoloq Leyla Zülfüqarova deyib.

O bildirib ki, doğru qidanlanmazlarsa, oruc tutanların səhhətində problemlər yarana bilər:

"Ramazan ayında oruc tutanların orqanizminin təmizlənməsi prosesi baş verir. Lakin düzgün qidanlanmasalar, onun ziyanları ortaya çıxa bilər. Orqanizmdə fəsadlar yaranmamasın deyə imsakda doymamış yağ turşularının qəbul edilməsi vacibdir. Bunun üçün günaşırı olaraq qoz, fındıq, badam kimi çərəzlər və 1-2 dilim çovdar çörəyi ilə 20 qram kərə yağı qəbul edilə bilər.

Xurma isə əslində iftar zamanı deyil, imsakda qəbul edilməlidir. Çünki o, orqanizmin ehtiyac duyduğu şəkərin 80 faizini ödəyir. Buna görə səhərlər xurmadan istifadə edənlərin iftarda onu yeməsinə ehtiyac yoxdur.

Həmçinin onu da qeyd edim ki, imsakdan dərhal sonra yatmaq insan səhhətinə ziyandır. Yaxşı olar ki, imsaka duranlar yemək yedikdən yarım saat sonra yatsınlar.

İftarda isə ərik, gavalı və alma qurusu mütləq istifadə edilməlidir. Bu, həm oruc tutanları tox tutacaq, həm də orqanizmin vacib maddələrə olan ehtiyacını ödəyəcək”.

L. Zülfüqarova onu da bildirib ki, oruc tutanlar doğru qidalanmasalar, bu, onların koronavirusa yoluxma ehtimalına təsir edə bilər:

"Oruc tutanların doğru, yəni imsak və iftarda düzgün qidalanması onların immun sisteminin güclü olması üçün kifayətdir. İmmun sistemi üçün vacib olan vitamin D-ni günəş və qidalarla ala bilərik. Qidalarda bu vitamini dəniz məhsulları, yumurta, kərə yağı və süd məhsulları vasitəsi ilə almaq mümkündür. Həmçinin sink və vitamin C çərəzlər, dəniz məhsulları vasitəsi ilə alına bilər”.







Xəbərin oxunma sayı : 586




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap