Röyadan açıq-saçıq paylaşım – FOTO “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı
Axtar
 
  • / Maqazin / — 07 İyun 2021

    Röyadan açıq-saçıq paylaşım – FOTO

  • / Maqazin / — 13 May 2021

    “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova

  • / Maqazin / — 09 May 2021

    Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO

  • / Maqazin / — 01 May 2021

    “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı

  • / Maqazin / — 24 Aprel 2021

    “Anarı hələ də sevirəm” - Röya ağladı

  • / Maqazin / — 11 Aprel 2021

    “Həcilər də əldən çıxır, kasıblayırlar...“ - Müğənni Sevinc

Paşinyanı devirə biləcəklərmi? – “Revanşistlər də 10 noyabr sazişindən çıxmayacaqlar”

Tarix 26.02.21, 22:03

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistanda vəziyyətin gərginləşməsi gözlənilən idi. Çünki hazırda Paşinyana qarşı iki qrup mübarizə aparır. Bunlardan biri Putinə söykənən Robert Köçəryan və onun klanıdır. Digəri isə prosesə bir qədər gec qoşulmuş və Rusiyanın hərbi dairələrinə bağlı keçmiş prezident Serj Sarkisyanın klanıdır”.

AzFakt.com xəbər verir ki, bunları politoloq Ərəstun Oruclu Ermənistanda cərəyan edən hadisələri şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, Ermənistanda müxalifətin təşkil etdiyi mitinqlərə az adamın gəlməsi göstərdi ki, N.Paşinyanı xalq gücü ilə devirmək mümkün olmayacaq: "Ona görə də Serj Sarkisyan "İskəndər" raketləri ilə bağlı provakativ sualı ortaya atdı və bununla Paşinyanı hərbçilərlə konfliktə çəkdilər. Belə görünür ki, Ermənistan Baş Qərargahı Rusiyanın hərbi dairələrindən tapşırıq alıb və onlar indi Paşinyanı silah gücünə devirmək istəyirlər. Devirə biləcəklərmi, bu, çox böyük sual altındadır".

Ə.Oruclunun fikrincə, revanşist qüvvələrin hakimiyyətə gələcəyi halda da, Ermənistan 10 noyabr sazişindən çıxmayacaq: "Onlar, sadəcə olaraq, həmin bəyanatı məğlubiyyət kimi qiymətləndirib günahı Paşinyanın üzərinə qoyacaqlar".

Politoloq vurğulayıb ki, Qarabağda müharibənin alovlanması təhlükəsi qalmaqdadır: "Nəzərə alsaq ki, Qarabağ problemi hələ bitməyib, Rusiya Qarabağ müharibəsində özünün istədiyi hədəflərə tam çatmayıb, yəni, Qarabağ üzərindən Yaxın Şərqə çıxışını tam əldə edə bilməyib, Qarabağda müharibə təhlükəsi qalır. Üstəlik də revanşist qüvvələri hakimiyyətə gətirənlər onlara müəyyən uğurları qazandırmağa çalışacaqlar".



Xəbərin oxunma sayı : 898

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda