Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Paşinyan Qasparyanı ifşa etdi - “Onun dedikləri rəsmi şəkildə yazılıb“

Tarix 14.04.21, 12:09

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında Qarabağda baş vermiş müharibənin bir sıra detallarına toxunub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, N. Paşinyan bildirib ki, son vaxtlar adıçəkilən mövzuya dair bir sıra spekulyasiyalar dolaşır, bunlara aydınlıq gətirilməlidir.

Baş nazir Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Onik Qasparyanın 2020-ci ilin noyabr ayında dediyi açıqlamaya münasibət bildirib.

Onun sözlərinə görə, guya müharibənin dördüncü günündə O. Qasparyanın hərbi əməliyyatlarının dayandırılmasının vacibliyi barədə dediyi fikrin reallıqla heç bir əlaqəsi yoxdur: “Onik Qasparyan belə bir söz deməyib, onun dedikləri rəsmi şəkildə yazılıb, o cümlədən stenoqrama var. Söhbət Təhlükəsizlik Şurasının 30 sentyabr 2020-ci il tarixli iclasından gedir. Həmin iclasda Qasparyan dedi ki, əksinə, düşmən heç bir uğur əldə edə bilməyib, ordu qarşıya qoyulmuş tapşırıqları icra edir və sona qədər öz tapşırıqlarını yerinə yetirəcək”.

Bundan başqa, N. Paşinyan qeyd edib ki, O. Qasparyan 30 sentyabrda müharibənin dayandırılması barədə fikir söyləyə bilməzdi. Çünki 21 avqust 2020-ci il tarixli Təhlükəsizlik Şurasının iclasında sabiq Baş Qərargah rəisi öz məruzəsində bildirib ki, erməni tərəfi Qarabağ istiqamətində mövcud qüvvə və vasitələrlə düşmənin hücumunun qarşısını almaqla bərabər, onun qruplaşmalarını darmadağın edə bilər.

N. Paşinyan vurğulayıb ki, bütün bunlar o demək deyil ki, siyasi rəhbərlik atəşkəsin əldə edilməsi üçün hər hansı addım atmayıb. O xatırladıb ki, müharibə dövründə atəşkəs razılaşmasının əldə edilməsinə nail olmaq üçün üç dəfə imkan olub.



Xəbərin oxunma sayı : 922




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap